BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

            BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

            ELM 22 Sentyabr 2026 16:08

            BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

            Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, elmi potensialın daha səmərəli əlaqələndirilməsi və müasir innovasiya ekosisteminin formalaşdırılması istiqamətində yeni institusional model yaradılıb.

            BDU-nun elmi-tədqiqat mərkəz və laboratoriyalarında həyata keçirilən tədqiqatların vahid strateji yanaşma əsasında əlaqələndirilməsi, elmi-tədqiqat infrastrukturunun daha səmərəli idarə olunması və innovasiya fəaliyyətinin sistemli təşkili məqsədilə Tədqiqat, İnkişaf və İnnovasiyalar Mərkəzinin bazasında Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb.

            Akademiya BDU-da elmi-tədqiqat, inkişaf və innovasiya fəaliyyətini vahid platformada birləşdirən müasir elmi inkişaf modeli kimi fəaliyyət göstərəcək. Onun fəaliyyəti elmi mükəmməlliyin təşviqinə, texnoloji inkişafın sürətləndirilməsinə, innovativ sahibkarlığın dəstəklənməsinə, elmi nəticələrin praktik tətbiqinə və sənayeyə transferinə yönəldiləcək.

            Akademiyanın əsas fəaliyyət istiqaməti BDU-da təbiət və dəqiq elmlər sahələri üzrə fəaliyyət göstərən elmi mərkəz və laboratoriyaların vahid elmi-təşkilati çətir altında əlaqələndirilməsidir. Bu yanaşma ayrı-ayrı elmi istiqamətlər üzrə mövcud potensialın birləşdirilməsinə, laboratoriya və tədqiqat imkanlarından daha səmərəli istifadəyə, birgə elmi layihələrin həyata keçirilməsinə və müxtəlif elm sahələrinin kəsişməsində multidisiplinar tədqiqatların genişləndirilməsinə şərait yaradacaq.

            Fizika, kimya, biologiya, riyaziyyat, kompüter elmləri və digər əlaqəli sahələr üzrə fəaliyyət göstərən tədqiqatçıların əməkdaşlığının gücləndirilməsi kompleks elmi problemlərin multidisiplinar yanaşma əsasında öyrənilməsinə, müxtəlif elmi istiqamətlər üzrə bilik və təcrübənin birləşdirilməsinə, eləcə də yeni elmi nəticələrin əldə olunmasına imkan verəcək.

            Mövcud mərkəz və laboratoriyalar öz ixtisaslaşmış elmi fəaliyyətlərini davam etdirməklə yanaşı, Akademiya çərçivəsində ortaq tədqiqat prioritetləri, multidisiplinar layihələr və birgə elmi təşəbbüslər üzrə əməkdaşlıq edəcəklər. Beləliklə, BDU-nun mövcud elmi potensialının vahid platformada əlaqələndirilməsi tədqiqat fəaliyyətinin miqyasının, keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

            Akademiyanın strukturunda Beynəlxalq qrant və layihələr Mərkəzinin, həmçinin mövcud Texnologiyaların transferi sektorunun bazasında Texnologiyaların transferi şöbəsinin yaradılması haqqında da qərar qəbul olunub.

            Beynəlxalq qrant və layihələr Mərkəzi Universitetin elmi-tədqiqat potensialının beynəlxalq elmi proqramlara daha fəal inteqrasiyasına, beynəlxalq qrant və layihələrin cəlb edilməsinin sistemli təşkilinə, elmi kollektivlərin layihələrin hazırlanması və idarə olunması sahəsində bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, BDU alimlərinin beynəlxalq elmi konsorsiumlarda və tədqiqat proqramlarında iştirak imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

            Texnologiyaların transferi şöbəsi isə Universitetdə əldə olunan elmi nəticələrin, texnoloji həllərin və əqli mülkiyyət obyektlərinin müəyyənləşdirilməsi, hüquqi qorunması, kommersiyalaşdırılması və sənaye sektoruna transferi istiqamətində fəaliyyəti institusional səviyyədə gücləndirəcək. Şöbənin fəaliyyəti Universitet–sənaye əməkdaşlığının genişləndirilməsinə, elmi nəticələrin praktik və iqtisadi dəyərə çevrilməsinə, eləcə də innovativ məhsul və texnologiyaların yaradılmasına dəstək verəcək.

            ELM İNNOVASİYA

            Son XƏBƏRLƏR

            22.09.2026 | 15:18

            BDU-da “Əsrin müqaviləsi: Azərbaycanın enerji strategiyasının təməli” mövzusunda tədbir keçirilib

            22.09.2026 | 14:47

            BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

            22.09.2026 | 12:04

            BDU-nun Təsərrüfatın idarə olunması departamentinin əməkdaşı Elnara Əliyeva vəfat edib

            22.09.2026 | 11:36

            BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

            22.09.2026 | 11:32

            BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025