BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

            SOSİAL 16 Sentyabr 2026 15:50

            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

            Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və BDU-da fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə “Suveren Azərbaycan -qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib.

            BDU-nun Heydər Əliyev muzeyində baş tutan görüşün qonağı YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov olub.

            BDU-da fəaliyyət göstərən “YENİ Klub”un sədri Asif Əliyev qeyd edib ki, Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biri müstəqil, qüdrətli və suveren dövlətə sahib olmasıdır. Dövlət suverenliyi xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və dövlətçilik ideallarının ən ali ifadəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizi azad etdi. Lakin Zəfər yolu 2020-ci illə yekunlaşmadı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Məhz bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirmək məqsədilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

            YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki,  Azərbaycanın müasir tarixində Zəfər, suverenlik və Böyük Qayıdış bir-birini tamamlayan böyük tarixi mərhələlərdir. Bu tarixi yolun təməlində xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə etdi. Şuşanın azad olunması ilə Zəfərimizin ən parlaq səhifələrindən biri yazıldı və xalqımızın milli qüruru daha da yüksəldi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin çoxəsrlik salnaməsində xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu mühüm tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir.

            YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, suveren Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına ehtiramın ifadəsidir. Bu gün Zəfərimizin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi geniş vüsət alır. Dövlətin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyəti də azad edilmiş ərazilərin dirçəldilməsində xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpasına göstərilən diqqət Qarabağın mənəvi və mədəni irsinin yenidən canlandırılmasına xidmət edir.

            Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.

            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
            BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            17.09.2026 | 14:10

            BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

            16.09.2026 | 17:24

            BDU-nun həmtəşkilatçılığı ilə “Qobustan: Qədim izlər, minillik yaddaş” adlı tədbir keçirilib

            16.09.2026 | 16:16

            İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

            16.09.2026 | 14:01

            BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

            15.09.2026 | 16:50

            BDU-nun əməkdaşı İstanbul Texniki Universitetində tədqiqat aparıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025