BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar

            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar

            ELM 4 İyun 2025 17:14

            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar keçirilib.

            Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəliyə salınaraq, prioritetə çevrildiyini bildirib. Qeyd edib ki, qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər bu məsələ ölkəmizin gündəliyindən çıxmayacaq. Bu istiqamətdə BDU-nun Tarix fakültəsi və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: Yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi mövcuddur. Layihə çərçivəsində Qərbi Azərbaycan tarixinin aktual problemlərinə həsr olunan elmi seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd Qərbi Azərbaycanda kütləvi şəkildə dəyişdirilən bütün hidronim, mahal, kənd, şəhər və digər toponimlərin, erməni vandalizminə məruz qalmış və dağıdılmış dini, tarixi, milli abidələrin xəritələşdirilərək öz əvvəlki adı ilə ölkə və dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunmasıdır.

            AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli dövlətimizin bugünkü siyasi sərhədlərindən kənarda qalan böyük etno-siyasi coğrafiyamız - Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli dəyərlərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi məsələlərindən danışıb. O, Qərbi Azərbaycandakı tarixi yaddaşımızın bərpası üçün ermənidilli mənbə və ədəbiyyatların tədqiqatlara cəlb edilməsinin tarixşünaslığın qarşısındakı ən önəmli vəzifəyə çevrildiyini deyib: “Müasir Ermənistanın ərazisinin, Qərbi və Şərqi Zəngəzurun, Qarabağın dağlıq hissəsinin mənsubiyyəti məsələsinə qeyri-obyektiv yanaşma, bu torpaqların “əsrlər boyu ermənilərə məxsus olması”, “ermənilərin bu torpaqlarda çoxluq təşkil etməsi” kimi saxta iddialar əsrlərdir erməni tarixşünaslığının əsaslarına çevrilib. Onların yalanlarının geniş və sistemli şəkildə yayılmasında XVIII əsrin əvvəllərindən başlayaraq erməni mxitarist ordeninin xüsusi “xidməti” olub. Cəmiyyətin üzvləri “yenidən bərpa” adı ilə müxtəlif xalqların mifologiyasına əsaslanan “erməni əfsanələri”ni “tarixi mənbə” kimi təqdim edərək Venesiyada nəşr etdiriblər. Nəticədə isə “Hayların tarixi” adlanan kitablar bütün dünyaya “Ermənistan tarixi” kimi təqdim olunub. Bu, saxta tarixin zorla qəbul etdirilməsidir”.

            Məruzə zamanı saxtalaşdırılmış erməni mənbələrindən nümunələr, arxiv sənədləri və digər faktoloji materiallar nümayiş etdirilib. Seminarda ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu cür fəaliyyətlərlə Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılır.

            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar
            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar
            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar
            BDU-da “Qərbi Azərbaycan: real tarix və erməni saxtakarlığı” mövzusunda elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025