BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır

            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır

            ELM 10 Mart 2026 11:49

            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.
            Seminarda Ekoloji kimya kafedrasının doktorantı Ülkər Nağıyeva “Aztullantılı və tullantısız texnologiyanın tətbiqi ilə neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsi” mövzusunda məruzə ilə çıxış edib.
            Məruzədə qeyd olunub ki, neft və neft məhsulları ilə çirklənmiş sular müasir dövrdə ciddi ekoloji problemlərdən biridir. Doktorant bu sahədə tətbiq olunan müxtəlif təmizləmə üsulları haqqında ədəbiyyat məlumatlarını təqdim edib və apardığı tədqiqatların neftin təmizlənməsi üçün fındıq qabığı və Fe₃O₄ nanohissəcikləri əsasında yeni bio-nanoadsorbentlərin alınması və tədqiqinə həsr olunduğunu vurğulayıb.
            Bildirilib ki, fındıq qabığı təbii bitki mənşəli tullantıdır və Azərbaycanda onun böyük həcmdə mövcudluğu bu materialdan səmərəli istifadə imkanlarını artırır. Nanodoldurucu kimi istifadə olunan Fe₃O₄ nanohissəcikləri isə iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, toksik deyil, güclü superparamaqnit və yüksək sorbsiya xüsusiyyətlərinə malikdir.
            Ülkər Nağıyeva fındıq qabığı və Fe₃O₄ nanohissəcikləri əsasında sintez olunan bio-nanoadsorbentlərin hazırlanması, neftlə çirklənmiş suların təmizlənməsi üzrə aparılan tədqiqatlar, həmçinin sorbsiya kinetikasının öyrənilməsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, həm təmiz fındıq qabığının, həm də fındıq qabığı və Fe₃O₄ nanohissəcikləri əsasında əldə olunmuş bio-nanoadsorbentlərin müxtəlif texnoloji şəraitlərdə – mühitin pH göstəricisindən, sorbentin, Fe₃O₄ nanohissəciklərinin miqdarından, neftin konsentrasiyasından və reaksiya temperaturundan asılı olaraq təmizləmə effektivliyi tədqiq edilib.
            Vurğulanıb ki, superparamaqnit Fe₃O₄ nanohissəcikləri maqnit sahəsinin kiçik intensivliklərində belə neftin su səthindən toplanmasına və sorbentdən neftin regenerasiya olunaraq təkrar istifadəsinə geniş imkan yaradır. Məruzədə Fe₃O₄ nanohissəciklərinin adsorbsiya qabiliyyəti haqqında da geniş məlumat verilib.
            Sintez olunan bio-nanoadsorbentlərin quruluşu müxtəlif müasir tədqiqat metodları – skanedici elektron mikroskopiya, infraqırmızı spektroskopiya, termoqravimetrik analiz və digər üsullar vasitəsilə tədqiq olunub, sorbentlərin quruluşu ilə xassələri arasındakı əlaqə seminar iştirakçılarının diqqətinə çatdırılıb.
            Məruzə zamanı aztullantılı və tullantısız texnologiyaların tətbiqinin müasir dövrdə aktual məsələlərdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Ülkər Nağıyevanın dissertasiya işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri doktoru, dosent Flora Hacıyeva elmi rəhbərlik edirlər.
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            BDU-da neftlə çirklənmiş suların bio-nanoadsorbentlərlə təmizlənməsinə dair tədqiqatlar aparılır
            ELM

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025