BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib

            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib

            ELM 3 Aprel 2026 16:47

            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib.

            Seminarda fakültənin IV kurs tələbələri Arzu Əsgərova və Lamiyə Hüseynova “Bakı və Sumqayıt şəhərlərində suyun ekokimyəvi tərkibinin müqayisəsi” mövzusunda çıxış ediblər. Tədqiqat çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin su ehtiyatlarının, xüsusilə içməli və səth sularının ekokimyəvi göstəriciləri müqayisəli şəkildə təhlil olunub. Su nümunələrində ağır metalların (qurğuşun, kadmium, mis, sink və s.), neft məhsullarının, pH səviyyəsinin, mineral maddələrin və digər çirkləndiricilərin konsentrasiyası müəyyən edilib. Nəticələr göstərib ki, sənaye müəssisələrinin sıx yerləşdiyi Sumqayıt şəhərində suyun çirklənmə səviyyəsi Bakıya nisbətən daha yüksəkdir. Xüsusilə neft-kimya sənayesinin təsiri nəticəsində bəzi göstəricilərin normadan artıq olduğu qeyd olunub. Bakı şəhərində isə daha çox şəhərsalma və nəqliyyatın təsiri müşahidə edilib. Məruzəçilər suyun keyfiyyətinin yaxşılaşdırılması üçün monitorinqin gücləndirilməsi, təmizləyici qurğuların modernləşdirilməsi və ekoloji nəzarətin artırılması kimi təkliflər irəli sürüblər.

            Daha sonra fakültənin IV kurs tələbəsi Səkinə Hacıyeva “Azərbaycanın Xəzəryanı ərazilərinin davamlı inkişafının ekocoğrafi aspektləri” mövzusunda məruzə edib. Məruzədə Xəzər dənizi sahili zonalarının (Abşeron, Xaçmaz, Lənkəran və digər rayonlar) ekocoğrafi xüsusiyyətləri, iqlim dəyişikliklərinin təsiri, dəniz səviyyəsinin qalxması, torpaq eroziyası, bioloji müxtəlifliyin azalması və antropogen yükün artması kimi problemlər geniş təhlil olunub. Tədqiqatda davamlı inkişaf prinsipləri çərçivəsində bu ərazilərdə ekoloji tarazlığın qorunması, yaşıl infrastrukturun inkişafı və təbii ehtiyatlardan səmərəli istifadə yolları araşdırılıb. Məruzəçi Xəzəryanı zonalarda həyata keçirilən şəhərsalma və memarlıq layihələrində ekoloji meyarların ön plana çıxarılmasının vacibliyini vurğulayıb.

            Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib, tələbələr ünvanlanan sualları ətraflı cavablandırıblar. Seminarın sonunda məruzəçilərə kitablar və sertifikatlar təqdim olunub.

             

            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            BDU-da “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş xüsusi elmi seminar keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            03.04.2026 | 18:22

            BDU-nun Hüquq fakütəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

            03.04.2026 | 15:46

            “Aprel döyüşləri böyük Zəfərin baş məşqi idi” – BDU-da tədbir

            03.04.2026 | 11:01

            “Zəfərə gedən yol”

            03.04.2026 | 10:50

            BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir

            02.04.2026 | 16:42

            ​ BDU-da tədbir: “Aprel döyüşləri: tarixi yaddaş, milli qürur və Zəfər ruhu”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025