BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Məhəmməd Füzulinin fəlsəfi irsinə dair elmi seminar keçirilib

            BDU-da Məhəmməd Füzulinin fəlsəfi irsinə dair elmi seminar keçirilib

            ELM 13 Dekabr 2024 10:55

            BDU-da Məhəmməd Füzulinin fəlsəfi irsinə dair elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında Məhəmməd Füzulinin fəlsəfi görüşlərinə həsr edilən elmi seminar keçirilib.

            Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncamının dahi şair və mütəfəkkirin yaradıcılığının təbliğində mühüm əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, Füzuli Azərbaycan bədii-fəlsəfi fikrinin inkişafında böyük rol oynayıb, antik filosofların, Şərq peripatetik fəlsəfəsi nümayəndələrinin fikirlərinə bələd olub, öz fəlsəfi əsərlərində onları ümumiləşdirib, dövrünün əsas problemlərinin dərin fəlsəfi təhlilini verib.

            Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfə tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli “Məhəmməd Füzulinin türk xalqlarının fəlsəfəsi tarixində yeri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Füzulinin türk poeziya dünyasındakı roluna, yaradıcılığındakı fəlsəfi yanaşmalara diqqət çəkib.

            Sonra institutun aparıcı elmi işçisi, Fəlsəfə kafedrasının saathesabı müəllimi, dosent Zeynəddin Şabanov “Məhəmməd Füzulinin "Mətlə-ül-etiqad” əsərində  dünya fəlsəfi irsinə münasibət” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, "Mətlə-ül-etiqad” fəlsəfə ilə kəlamı özündə birləşdirən teoloji risalədir. Füzulu bu əsərdə elm və mərifət (bilik) məfhumlarına müxtəlif təriflər verib, biliyin növləri və onların əldə edilməsi üsullarını araşdırıb. İnsanın kamilləşməsi üçün biliklərə yiyələnməni zəruri hesab edən, elmli və bilikli olmağı cəmiyyətin inkişafı üçün əsas amil kimi götürən Füzulinin dahiyanə fəlsəfi fikirləri sonralar müsəlman filosofları tərəfindən daha da inkişaf etdirilib.

            Sonda iştirakçıların sualları cavablandırılıb.  

            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025