BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib

            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 20 Oktyabr 2025 17:34

            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib

            İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025" layihəsinin növbəti mərhələsinə start verilib.

            Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “İslam sivilizasiyası dünyaya nə verdi?” mövzusunda çıxış edərək İslam dininin tarixi inkişaf yolundan, islam alimlərinin dünya elmlərinin formalaşmasına verdiyi mühüm töhfələrdən danışıb. O, həmçinin hüquqi dövlət sisteminin mahiyyəti, İslam dünyasında dövlətçilik ənənələrinin yaranması və bu prosesin sürətli inkişafına təsir edən əsas amillərlə bağlı fikirlərini tələbələrlə bölüşüb.

            Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov “Beynəlxalq təşkilatların beynəlxalq münasibətlərdə rolu, Qırğızıstan Respublikasının xarici siyasət prioritetləri və Azərbaycanla münasibətləri” mövzusunda çıxış edib. O, beynəlxalq təşkilatların yaranma tarixi və inkişaf mərhələlərindən bəhs edərək, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), UNESCO və İƏT kimi qurumların qlobal sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsində oynadığı mühüm roldan söz açıb. Səfir həmçinin bu təşkilatların beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, regional balansın qorunması və dövlətlərarası münasibətlərin tənzimlənməsindəki əvəzsiz töhfələrinə də toxunub.

            Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

            Qeyd edək ki, İƏT Modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

            Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə 40-dan artıq üzv ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə start verilib
            BEYNƏLMİLƏLLƏŞMƏ SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025