BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

            BEYNƏLMİLƏLLƏŞMƏ 30 Sentyabr 2026 10:00

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

            Bakı Dövlət Universitetində (BDU) “FUTURE17 SDG Challenge” proqramı çərçivəsində seçilmiş tələbələrlə ilk görüş keçirilib.

            Görüşdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, layihə iştirakçıları və proqramın digər nümayəndələri iştirak ediblər.

            Tədbirdə çıxış edən Asiman İlyasov tələbələrin təşəbbüskarlıq potensialının inkişaf etdirilməsinin, qlobal çağırışlara cavab verən həllər və layihələr hazırlaması üçün əlverişli imkanların yaradılmasının əhəmiyyətini vurğulayıb.

            Qeyd olunub ki, bu kimi beynəlxalq təşəbbüslər tələbələrin akademik biliklərini praktiki fəaliyyətlə əlaqələndirmələrinə, real sosial və ekoloji problemlərin həllinə yönəlmiş layihələr üzərində işləmələrinə, eləcə də komanda işi, layihələrin idarə edilməsi kimi mühüm bacarıqlarının inkişafına şərait yaradır.

            Görüş zamanı proqramın həyata keçirilmə mərhələləri, iştirakçıların qarşısında duran vəzifələr və layihə ideyalarının inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tələbələrin ideyaları dinlənilib, layihələrin hazırlanması və inkişaf etdirilməsi ilə bağlı sualları cavablandırılıb.

            Qeyd edək ki, “FUTURE17 SDG Challenge” layihəsi dünyanın aparıcı ali təhsil və reytinq təşkilatlarından biri olan QS və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü ilə həyata keçirilir. BDU layihənin tərəfdaşları sırasında yer alır. Layihənin əsas məqsədi gənclərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli innovativ ideya və layihələrinin inkişafına dəstək vermək, sosial və ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin reallaşdırılması üçün imkanlar yaratmaqdır.

            Proqram çərçivəsində iştirakçıların innovativ və yaradıcı düşüncə, komanda işi, layihələrin idarə edilməsi və problemlərin həllinə yönəlmiş yanaşma bacarıqlarının inkişaf etdirilməsi, ideyalarını konkret layihələrə çevirmələrinə dəstək göstərilməsi nəzərdə tutulur.

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            30.09.2026 | 20:33

            BDU-nun rektoru ADEX çərçivəsində akademik sessiyada çıxış edib

            30.09.2026 | 18:08

            BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur

            30.09.2026 | 15:18

            BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

            30.09.2026 | 14:32

            Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

            30.09.2026 | 12:15

            BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025