BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

BAKI DÖVLƏT UNİVERSİTETİ
Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində elmi-tədqiqat layihələri üzrə
MÜSABİQƏ
Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, yeni elmi biliklərin əldə olunması, elmi nəticələrin praktik tətbiqi və gənc tədqiqatçıların elmi potensialının dəstəklənməsi məqsədilə elmi-tədqiqat layihələri müsabiqəsi elan olunur:
1. Fundamental tədqiqat layihələri
Bu istiqamət üzrə maliyyələşdirmə fondu 80 000 (səksən min) manat təşkil edir. Müəyyən edilmiş qiymətləndirmə meyarlarına cavab verən və müsabiqə nəticələrinə əsasən seçilən 5-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
2. Tətbiqi tədqiqat layihələri
Bu istiqamət üzrə maliyyələşdirmə fondu 55 000 (əlli beş min) manat təşkil edir. Müəyyən edilmiş qiymətləndirmə meyarlarına cavab verən və müsabiqə nəticələrinə əsasən seçilən 5-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
3. Gənc alim və tədqiqatçı layihələri
Bu istiqamət üzrə maliyyələşdirmə fondu 38 000 (otuz səkkiz min) manat təşkil edir. Müəyyən edilmiş qiymətləndirmə meyarlarına cavab verən və müsabiqə nəticələrinə əsasən seçilən 5-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Müsabiqədə yaşı 35-dək olan gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.
Layihələrin qiymətləndirilməsində tədqiqatın əhəmiyyəti, elmi yenilik, tədqiqat metodologiyasının etibarlılığı, elmi nəticə və nəşr potensialı, layihə rəhbəri və iştirakçılarının tədqiqat və təhlil bacarıqları, layihənin həyata keçirilməsinin mümkünlüyü və risklərin təhlili əsas meyarlar olacaqdır.
Müsabiqədə BDU-nun elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşları iştirak edə bilərlər. Digər fond və qurumlar tərəfindən maliyyələşdirilən eyni layihələr müsabiqəyə qəbul olunmur. Müsabiqə çərçivəsində hər bir iddiaçı yalnız bir layihədə iştirak edə bilər.
Təqdim olunmuş layihələr müəyyən edilmiş qaydada ekspertlər tərəfindən qiymətləndiriləcək və müsabiqənin şərtlərinə uyğun olaraq qalib layihələr müəyyən ediləcəkdir.
Müsabiqədə iştirak etmək üçün layihələr elektron və yazılı formada 2026-cı il 30 sentyabr tarixindən başlayaraq qəbul edilir. Müsabiqədə iştirak etmək üçün son tarix 2026-cı il 12 oktyabr saat 18:00-dır.
Ətraflı məlumat, müsabiqə şərtləri və hər bir istiqamət üzrə müraciət formaları üçün Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə müraciət edə bilərsiniz.
E-mail: [email protected]
Tel.: +994 50 393 63 10 (Farid Nağıyev)