BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”

            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”

            ELM 11 Mart 2025 13:28

            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi” mövzusunda məruzə edib.

            Tədbirdə giriş sözü ilə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov elmin tarixinə nəzər salıb, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin inkişafı üçün müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

            Sonra seminar dosent Pərviz Kaziminin məruzəsi ilə davam edib. Pərviz Kazimi əvvəlcə ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, bu sahədə qəbul edilmiş bir sıra fundamental sənədlər, eləcə də elm siyasətini həyata keçirən qurumlar, onların vəzifələri barədə ətraflı məlumat verib: “Dövlət başçısının 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, hər il martın 27-nin “Elm günü” kimi qeyd olunması, ölkəmizdə elmin inkişafına hərətərəfli diqqətin göstərilməsi bu fəaliyyət sahəsinin dövlətimiz üçün prioritet istiqamət olduğunun bariz nümunəsidir”.

            Məruzədə elmşünaslıqda yeni istiqamətlər, müasir trendlər, xüsusilə Azərbaycan elminin dünya elminə inteqrasiyası kimi mühüm məsələlərə toxunulub, bir sıra müqayisəli təhlillər aparılıb. Hazırda elmin inkişafında tətbiqi xarakterli tədqiqatların aparılmasının və alınmış mühüm nəticələrin nüfuzlu beynəlxalq elmi bazalarda (“Scopus”, “Web of Science”, “Google Scholar” və s.) indeksləşdirilmiş jurnallarda əksini tapmasının vacibliyini vurğulayan natiq ölkəmizin son illər bu istiqamətdə əldə etdiyi uğurları faktlarla diqqətə çatdırıb, mövcud dinamikanı xronoloji inkişafda təqdim edib.

            Araşdırmada ölkə alimlərinin əldə etdiyi mühüm elmi nəticələr, nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr, alimlərimizin Hirş indeksləri və istinad göstəriciləri barədə dinamika əksini tapıb. Məruzədə həmçinin milli H-indeksi platforması barədə məlumat verilib, elmi aktivliyin qiymətləndirilməsində tətbiq edilən bibliometrik metodlar şərh olunub. Son illər BDU-nun bu istiqamətdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Pərviz Kazimi qeyd edib ki, BDU ölkəmizin nüfuzlu beynəlxalq reytinqlərdə ən yüksək göstəricilərə malik olan ali təhsil müəssisəsidir və bu dinamika davamlı olaraq inkişaf etdirilir.

            Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”
            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”
            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”
            BDU-da elmi seminar: “Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioriteti kimi”
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025