BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib

            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib

            ELM 4 Mart 2026 15:50

            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Birinci Türkoloji qurultayda türk dillərinin tarixi və inkişafı məsələləri” mövzusunda elmi seminar keçirilib.

            Seminarda BDU-nun Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Elbrus Əzizov məruzə ilə çıxış edib.

            Məruzədə 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai fikir tarixində tutduğu mühüm mövqedən ətraflı bəhs olunub. Qeyd edilib ki, qurultay yalnız elmi hadisə deyil, türk xalqlarının ortaq mədəni və dil irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı olub.

            Elbrus Əzizov çıxışında bildirib ki, qurultayda türk dillərinin tarixi inkişaf mərhələləri, genetik və tipoloji xüsusiyyətləri, qarşılıqlı qohumluq əlaqələri, qədim türk yazılı abidələrinin – xüsusilə Orxon-Yenisey kitabələrinin dilçilik baxımından təhlili əsas müzakirə mövzuları sırasında yer alıb. Bu müzakirələr türkologiyanın metodoloji əsaslarının formalaşmasına mühüm təsir göstərib.

            Məruzədə qurultay çərçivəsində əlifba, orfoqrafiya və terminologiya məsələlərinin də geniş şəkildə müzakirə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, həmin dövrdə türk xalqları üçün vahid və ya uyğunlaşdırılmış əlifba sisteminin yaradılması ideyası elmi baxımdan ciddi əsaslandırılmağa çalışılıb və bu istiqamətdə irəli sürülən fikirlər sonrakı onilliklərdə aparılan islahatlara zəmin yaradıb.

            Professor  çıxışında akademik V.V. Bartold, B. Çobanzadə, N.N. Poppe, A.N. Samoyloviç, N.İ. Aşmarin və M.F. Köprülüzadə kimi görkəmli alimlərin məruzələrinə toxunaraq, onların türk xalqlarının dili, tarixi və mədəniyyətinin öyrənilməsində fundamental elmi yanaşmalar ortaya qoyduğunu qeyd edib. O, bu alimlərin ideyalarının müasir türkoloji tədqiqatlarda da aktuallığını qoruyub saxladığını vurğulayıb.

            Məruzənin sonunda bildirilib ki, Birinci Türkoloji Qurultayda müzakirə olunan problemlər və irəli sürülən elmi qənaətlər bu gün də türk dillərinin tarixi və inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır və müasir türkoloji araşdırmalar üçün zəngin elmi mənbə rolunu oynayır.

            BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru İlhamə Hacıyeva və baş müəllimi Ramil Bayramov çıxışlarında  Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həyatında mühüm rola malik olduğunu vurğulayıblar.

            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            04.03.2026 | 16:59

            BDU tələbələri Təkamül muzeyində

            04.03.2026 | 15:48

            BDU-da “Mülki prosesdə sübutlar” mövzusunda elmi seminar keçirilib

            04.03.2026 | 14:17

            BDU-da “Sağlam təməl, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir

            04.03.2026 | 13:35

            BDU-da “Elm günü”nə həsr olunmuş “Xəmsə” intellektual oyununun seçim mərhələsi

            04.03.2026 | 13:35

            BDU-da Azərbaycanın regional enerji layihələrində iştirakı təhlil edilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025