BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək.
Bu barədə BDU Elmi Şurasının 2025/2026-cı tədris ilində ilk iclasında qərar qəbul olunub.
Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.