BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı

            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı

            SOSİAL 25 Oktyabr 2024 16:07

            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə bağlı həyata keçirdiyi layihələr çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası açılıb.

            Açılış mərasimində BDU rektoru Elçin Babayev, mədəniyyət naziri Adil Kərimli, nazir müavini Fərid Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Milli Məclisin üzvləri Günay Əfəndiyeva və Səbinə Xasayeva, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU-nun professor-müəllim heyəti iştirak edib.

            Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılmasının elm-təhsil, mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. O bildirib ki, BDU Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, Azərbaycan xalqının milli sərvətidir. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı bizim əsas prioritetlərdən biridir. Bu auditoriyadan BDU-nun professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq. Bu baxımdan Milli Kitabxananın BDU-ya töhfəsi əvəzsiz olacaq. Son illərdə BDU-da magistratura səviyyəsində “Mədəniyyət hüququ” ixtisaslaşmasının açılması da çox önəmlidir. Kitabxana işi sahəsində həyata keçirilən islahatlarda bu əməkdaşlıq çox faydalı olacaq”.

            BDU-nun rektoru Elçin Babayev isə bildirib ki, hər bir universitet işəgötürənlərlə münasibətləri düzgün qurmağı bacarmalıdır: “BDU-da müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Hər iki müəssisə arasında əməkdaşlığın hüdudları daha da genişlənir, tələbələrin elə Universitetin özündə təcrübəkeçmə imkanları yaranır”.

            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025