BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

            BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

            BEYNƏLMİLƏLLƏŞMƏ 25 May 2026 10:17

            BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

            Azərbaycan Elm Fondu (AEF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) 4-cü Azərbaycan–Türkiyə (“AzTürk-4”) birgə beynəlxalq qrant müsabiqəsinin nəticələrini açıqlayıb. 

            Müsabiqə Azərbaycan və Türkiyə alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlığı stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə elan edilib. AEF və TÜBİTAK arasında əməkdaşlıq çərçivəsində dəstəklənən 7 layihə sırasında Bakı Dövlət Universiteti (BDU) alimlərinin iştirak etdiyi 3 mühüm beynəlxalq tədqiqat təşəbbüsü də yer alıb. 

            Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan tərəfindən BDU-nun dosenti Ziya Əliyevin, Türkiyə tərəfindən isə Bilkent Universitetinin dosenti Engin Durgunun rəhbərlik etdiyi layihə dəstəklənib. Bununla yanaşı, BDU-nun professoru Ülviyyə Həsənovanın və Türkiyənin Yıldız Teknik Universitetindən olan professor Sevil Yücelin həmrəhbərliyi ilə təqdim olunan layihə də qalib layihələr sırasında yer alıb. Dəstəklənən 3-cü layihə isə BDU-dan dosent Aygün İsrayılovanın iştirakçısı,  Koç Universitetindən isə dosent Nazlı Ataçın rəhbəri olduğu birgə layihə olub və müasir elmi problemlərin həllinə yönəlmiş tədqiqat istiqamətlərindən biri kimi qiymətləndirilib.

            Layihələr nanotexnologiya, materialşünaslıq, süni intellekt, tətbiqi fizika, rəqəmsal texnologiyalar və digər prioritet istiqamətləri əhatə edir. Bu əməkdaşlıqlar Azərbaycan və Türkiyə universitetləri arasında elmi inteqrasiyanın gücləndirilməsi, gənc tədqiqatçıların beynəlxalq layihələrə cəlb olunması və innovativ tədqiqat mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

            BDU-nun beynəlxalq qrant proqramlarında uğurlu iştirakı Universitetin elmi potensialının, beynəlxalq tərəfdaşlıq imkanlarının və qlobal akademik nüfuzunun daha da artdığını nümayiş etdirir. Universitet bundan sonra da Azərbaycan–Türkiyə elmi əməkdaşlığının inkişafına xidmət edən beynəlxalq layihələrdə fəal iştirakını davam etdirməyi hədəfləyir.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            25.05.2026 | 19:07

            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

            25.05.2026 | 18:04

            BDU-da ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə IV Respublika Olimpiadası

            25.05.2026 | 12:50

            BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş

            25.05.2026 | 11:51

            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025