BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır

            BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır

            ELM 5 Avqust 2024 16:06

            BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır

            Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə Azərbaycan Elm Fondunun 12-ci “Mobillik qrantı” müsabiqəsinin qalibi kimi Pakistanın Karaçi Universitetinin Kimya və Biologiya Elmləri Beynəlxalq Mərkəzində (ICCBS) monokristalların rentgen şüalarının diffraksiyası (SC-XRD) metoduna həsr olunan təlimdə iştirak edir.


            Karaçi Universitetinin Kimya və Biologiya Elmləri Beynəlxalq Mərkəzinin direktoru, professor Farzana Shaheen qeyd edib ki, qurumun nəzdində Kimya, Biotexnologiya, Nanotexnologiya, Heyvan Tədqiqatları, Kliniki Tədqiqatlar, Genom tədqiqatları və Virusologiya İnstitutları da daxil olmaqla ümumilikdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Mərkəzin keçmiş direktoru, professor Atta-ur-Rahman görüşdə qardaş ölkə Azərbaycandan gəlmiş tədqiqatçıları görməkdən məmnunluq hissi keçirdiyini qeyd edib, tədqiqatçılara uğurlar arzulayıb. Görüş ərzində universitetlərarası birgə əməkdaşlıq məsələləri müzakirə edilib.


            Təlimin ilkin mərhələsində iştirakçılara “Bruker” şirkətinin ən güclü difraktometri sayılan “D8 Venture” modeli nümayiş etdirilib, analizin yerinə yetirilməsi və nəticələrin toplanması həyata keçirilib. Daha sonra üzvi molekulların, o cümlədən BDU-nun Sənaye kimyası ETL-də yetişdirilən monokristalların rentgen nəticələrinə əsasən quruluşunun təyini müxtəlif proqram təminatları vasitəsilə öyrənilib. Bundan əlavə, molekulların kristal qəfəsində olan qeyri-kovalent əlaqələrini təyin edən Hirşfeld səth analizi ilə bağlı biliklər əldə olunub.


            Cihazın imkanları zülal molekullarının tədqiqində geniş istifadə edildiyi üçün qeyd olunan mərkəzdə zülal kristalloqrafiyasına aid müxtəlif tədqiqatlar yerinə yetirilir.  Buna görə də əvvəlcə zülal monokristallarının yetişdirilmə üsulları öyrədilib və təlim zamanı həzm prosesində mühüm rola malik, molekul kütləsi 23.3 kDa olan tripsin zülalının monokristalı yetişdirilib. Növbəti mərhələdə zülalın difraktometrlə analizi aparılıb və quruluşu müxtəlif proqram təminatlarının köməyi ilə təyin edilib.


            Mərkəzdə zülalların quruluşunun, dinamikasının və konformasiyasının təyinində əvəzsiz rola malik olan yüksək tezlikli Nüvə Maqnit Rezonansı spektrometrləri (NMR) olduğu üçün qeyd olunan rentgen difraktometri ilə birgə aparılan zülal tədqiqatlarının sərhədləri daha da genişləndirilib. 800 MHz NMR-da izolyasiya olunmuş zülalın 2D tədqiqatları aparılıb.
            Məlum olduğu kimi, son illərdə birləşmələrin müxtəlif orqanizmlərə qarşı bioloji aktivliklərini proqnozlaşdırmaq və izah etmək üçün sintezi planlaşdırılan və ya sintez olunan bioaktiv birləşmələrin və mikroorqanizmdə olan enzimlərin (zülalların) qarşılıqlı əlaqəsini öyrənən in siliсo (molekulyar dokinq (bağlanması) və dinamik simulyasiya)  tədqiqatlar geniş tətbiq olunur. Mərkəz superkompüterlərlə təchiz olunduğu üçün yuxarıda qeyd olunan analizlər yerinə yetirilir. Təlimin davamı olaraq, BDU-nun Sənaye kimyası ETL-də sintez olunan birləşmələrin müxtəlif enzimlərə qarşı aktivliyi molekulyar dokinq metodu ilə öyrənilib.

            BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır
            BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır
            BDU alimi Pakistanın Karaçi Universitetində monokristalların rentgen şüalarının diffraksiyasına dair tədqiqat aparır
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025