BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar

            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar

            SOSİAL 3 Mart 2026 11:38

            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar

            Azərbaycan Mətbuat Şurasında təcrübə keçən Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində olub.

            BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev tələbələrə fakültə haqqında məlumat verib, bu cür görüşlərin gənc jurnalistlərin peşəkar formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, nəzəri biliklərlə yanaşı, praktik təcrübənin artırılması və real media mühitinə inteqrasiya jurnalist hazırlığında əsas istiqamətlərdəndir.

            Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova jurnalistikada elmi əsaslı araşdırmanın vacibliyindən, analitik təfəkkürün və geniş dünyagörüşünün formalaşdırılmasının əhəmiyyətindən söz açıb. Müasir media mühitində peşəkar jurnalistin yalnız informasiya ötürücüsü deyil, eyni zamanda cəmiyyətdəki prosesləri dərin təhlil edən tədqiqatçı olduğunu deyib.

            Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova müasir dövrdə media mühitinin sürətlə transformasiya olunduğunu və rəqəmsal platformaların informasiya istehsalı ilə yanaşı, ictimai rəyin formalaşmasında da mühüm rol oynadığını bildirib. Yeni media alətləri yalnız texniki bacarıq deyil, həm də analitik düşüncə, media etikası və informasiya təhlükəsizliyi bilikləri tələb edir. Buna görə də media savadlılığını artırmaq, dezinformasiyaya qarşı həssas olmaq və peşəkar məsuliyyət prinsiplərinə sadiq qalmaq gənc jurnalistlər üçün mütləqdir.

            Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu tələbələri Jurnalistika fakültəsində yaradılan Azərbaycan Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin, AZƏRTAC-ın xüsusi auditoriyaları,  “ARB24”ün “Newslab” təlim otağı, “Xalq qəzeti” debat otağı, “Füyuzat” Media mərkəzi və Milli mətbuat tarixi auditoriyası ilə tanış edib.

            Daha sonra BDU-nun Tədris tele-radio studiyasının müdiri Ramin Rzayev tələbələrə studiyanın maddi-texniki bazası, tələbələrin burada həyata keçirdikləri praktik yayım və montaj proseslərində iştirakı haqqında ətraflı məlumat verib.

            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            ADU tələbələri BDU-nun Jurnalistika fakültəsi ilə tanış olublar
            SOSİAL

            Son XƏBƏRLƏR

            03.03.2026 | 15:21

            BDU-da “Müasir linqvistik paradiqmalar” mövzusunda elmi seminar

            03.03.2026 | 14:48

            BDU-da elmi seminar: “Azərbaycan və Koreya dillərində yönlük halın ifadə vasitələrinin müqayisəli tədqiqi”

            03.03.2026 | 14:47

            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib

            03.03.2026 | 13:16

            “Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında”

            03.03.2026 | 12:26

            BDU tələbələri ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025