BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • 27 mart - Azərbaycanda “Elm günü”dür

            27 mart - Azərbaycanda “Elm günü”dür

            ELM 27 Mart 2024 05:07

            27 mart - Azərbaycanda “Elm günü”dür

            2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi fəaliyyət üzrə müsabiqələr təşkil olunur. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə, fundamental və tətbiqi xarakterli birgə tədqiqatların aparılmasına, əldə edilmiş elmi nailiyyətlərin tanıdılmasına imkan yaradır.

            Azərbaycanda elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

            Öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirib. Müstəqilliyimizin bərpasından keçən müddət ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Elm və təhsilin inkişafı, elmi və elmi-pedaqoji kadr hazırlığı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur.

            Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı birbaşa olaraq dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsidir. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür.

            Öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən Bakı Dövlət Universitetində hər il “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilir. Artıq dörd ildir ki, 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır. “Elm günü” ilə əlaqədar BDU-nun bütün fakültələrində silsilə elmi seminarlar, elmi və elmi publisistik mühazirələr, ustad dərsləri təşkil olunur.

            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025