Şöbənin fəaliyyəti

Xarici tələbələrlə iş şöbəsinin əsas məqsədi Universitetin beynəlxalq təhsil arenasında müasir ali təhsil müəssisəsi kimi imicinin formalaşdırılması, əcnəbi təhsilalanlar üçün ölkədə əlverişli sosial-psixoloji mühitin yaradılması, habelə onların təlim-tədris prosesinin digər iştirakçıları ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.

Şöbənin əsas funksiyaları:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli, 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimat məktublarını rəhbər tutaraq:

  • Əcnəbi vətəndaşların Universitetə qəbul prosesinin təşkilinin təmin edilməsi;
  • Əcnəbi təhsilalanların qəbul sayının artırılması məqsədilə yerli və beynəlxalq təşkilatlar, agentliklər və diplomatik nümayəndəliklərlə əlaqələrin qurulması, Universitet ilə beynəlxalq qurumlar arasında memorandumların, sazişlərin və əməkdaşlıq müqavilələrinin hazırlanması;
  • Universitetin beynəlxalq səviyyədə tanıdılması və əcnəbilərin cəlb edilməsi məqsədilə internet üzərindən tanıtım fəaliyyətinin təşkili;
  • Beynəlxalq təhsil sərgilərində iştirakın təmin edilməsi;
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq strukturları ilə əməkdaşlığın həyata keçirilməsi;
  • Əcnəbi məzunlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi.

 Şöbənin vəzifələri:

  • Universitetə yeni qəbul olunmuş əcnəbilər üçün məlumat günlərinin təşkili, onların Universitetin struktur bölmələri və xidmətləri (Tədris Mərkəzi, dekanlıq, tyutor xidməti, kitabxana, tibbi xidmətlər, idman zalı, yeməkxana və s.) ilə tanış edilməsi;
  • “Ali və Orta Təhsilin İnformasiya Sistemi”nə müvafiq məlumatların daxil edilməsi;
  • Əcnəbi təhsilalanlar üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması istiqamətində fəaliyyətin təşkili;
  • Əcnəbi təhsilalanların Universitetin daxili nizam-intizam qaydaları barədə məlumatlandırılması;
  • Hökumətlərarası təqaüd proqramları və təhsil qrantları hesabına təhsil alan əcnəbilərin Azərbaycana ilk gəlişləri zamanı qarşılanması, yataqxanaya yerləşdirilməsi, təqaüd, tibbi sığorta və digər zəruri məsələlərin həlli istiqamətində dəstəyin göstərilməsi;
  • Əcnəbi magistrant və doktorantlara ilkin təhsil sənədlərinin nostrifikasiyaya təqdim edilməsi prosedurunun izah edilməsi və bu istiqamətdə nəticəyönümlü fəaliyyətin təşkili;
  • Əcnəbi təhsilalanların “təhsil kartı” ilə təmin edilməsi;
  • Universitet rəhbərliyi tərəfindən təsdiq edilmiş müxtəlif məzmunlu sənədlərin əcnəbi təhsilalanlara təqdim edilməsi;
  • Əcnəbi təhsilalanların təhsil prosesində qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlərin görülməsi;
  • Əcnəbi təhsilalanların iştirakı ilə mədəni-kütləvi və sosial tədbirlərin təşkili;
  • Əcnəbi təhsilalanlarla bağlı məlumat və hesabatların müəyyən olunmuş qaydada və formada Universitet rəhbərliyinə təqdim edilməsi;
  • Əcnəbi təhsilalanlar arasında məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi;
  • Mübadilə proqramları çərçivəsində Universitetdə təhsil alan əcnəbilərin akademik fəaliyyətinin təşkili və onların yeni mühitə adaptasiyasına dəstəyin göstərilməsi;
  • Universitetin bütün struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
  • Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və beynəlxalq akkreditasiya proseslərində aktiv iştirakın təmin edilməsi.