BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

            SOSİAL 14 Fevral 2025 15:22

            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə tərcüməçi, publisist, əməkdar jurnalist Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizin mətbuat tarixində xüsusi xidmətləri olan Hacı Hacıyevin milli mətbuat ənənələrinə sadiqlik prinsipinin bu gün də qorunduğunu bildirib. Qeyd edib ki, o, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Jurnalistlər Birliyinin sədri, 2006-cı ildən isə qurumun fəxri sədri vəzifələrində çalışıb. Onun ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutub. “Həsən bəy Zərdabi mükafatı” da məhz Hacı Hacıyevin təşəbbüsü ilə təsis edilib. Prinsipiallığı, qətiyyəti və insanlığı ilə iz qoyan Hacı Hacıyevin xatirəsi hər zaman əziz tutulacaq və anılacaq.

            Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı milli mətbuatın 150 illik yubileyi ərəfəsində medianın inkişafı və ənənələrinin qorunması istiqamətində böyük işlər görmüş Hacı Hacıyevin xidmətlərini qeyd etməyin mənəvi borc olduğunu deyib. Bildirib ki, hələ keçmiş İttifaq dövründə Azərbaycan Jurnalistlər Birliyində millilik məsələsini qabardan Hacı Hacıyevin özü də milli adam, böyük jurnalist idi. Məhz onun təklifi ilə Milli Mətbuat Günü Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü gördüyü günə uyğun olaraq 22 iyul oldu. Milli mətbuatımız Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət qayğısı ilə əhatə olundu, daha da inkişaf etdi.

            Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev bildirib ki, ölkəmizdəki jurnalist təşkilatlarının fəaliyyəti tədris prosesində tələbələrə öyrədilir. Hacı Hacıyevin uzun illər rəhbərlik etdiyi Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyəti haqqında da “Jurnalistikaya giriş” fənnində geniş məlumat verilir. Gənc jurnalistlər bu təşkilatların məqsədləri, iş prinsipləri ilə tanış olurlar.

            Sonra çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor əvəzi Sabir Məmmədli və Hacı Hacıyevin qardaşı oğlu Şahin Hacıyev xatirələrini bölüşüblər.

            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            BDU-nun Jurnalistika fakültəsində tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025