BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU rektoru abituriyentlərlə görüşüb

            BDU rektoru abituriyentlərlə görüşüb

            SOSİAL 28 İyul 2026 16:42

            BDU rektoru abituriyentlərlə görüşüb

            Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günü çərçivəsində BDU-nun rektoru Elçin Babayevin abituriyentlərlə görüşü təşkil olunub.

            Rektor bu il sentyabrın 1-də 107 yaşı olacaq Bakı Dövlət Universitetinin bir əsrdən çoxdur Azərbaycanın elmi məktəblərinin əsasını qoyduğunu və bu missiyanın hazırda uğurla inkişaf etdirildiyini deyib. Bildirib ki, 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün 16 fakültə, 114 kafedra, 3 mindən çox professor-müəllim heyəti və 25 mindən çox tələbəsi ilə ölkə ali təhsilinin əsas sütunlarından birinə çevrilib. Onillər ərzində məzunumuz olan yüz minlərlə gənc Azərbaycanın insan kapitalı üçün dəyərli xəzinəyə çevrilib. Məzunlarımız arasında dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev də yer alır: “Ali təhsil ocaqları hər zaman öz məzunları ilə fəxr edir. Amma bununla bərabər dövrün tələblərinə uyğun dəyişiklik də əsas şərtdir. Hazırda BDU-da rəqəmsallaşma dövrünün tələblərinə uyğun müasir elm istiqamətlər öyrənilir, tədris prosesinin yaxşılaşdırılması ilə bağlı intensiv işlər görülür. 2 saylı tədris binasının müasir dövrün tələblərinə uyğun əsaslı təmir olunması və 1 saylı tədris binasının da bu prosesə cəlb edilməsi qeyd olunan istiqamətlərin davamıdır. Həmçinin müasir elmi-tədqiqat laboratoriyalarının qurulması, ən yeni avadanlıqlarla təchiz olunması tələbələrin elmi araşdırma mühitinin genişləndirilməsi ilə bağlı atılan addımlardandır. Beynəlxalq əməkdaşlıqlara da xüsusi diqqətlə yanaşan BDU dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları həyata keçirir, tədris standartlarının artırılması ilə bağlı müxtəlif təcrübələrdən də faydalanır. Bütün bunlar tədqiqat universiteti olmağa hazırlaşan BDU-nun bu istiqamətdə gördüyü işlərdir. Təsadüfi deyil ki, Universitetimiz bu il nüfuzlu reytinq təşkilatı olan QS-in nəticələrinə əsasən Cənubi Qafqazda və Azərbaycanda birinci olaraq dünya universitetləri arasında TOP-600-lük yerdə qərarlaşıb. Bütün bunların yanında dövlət-özəl əməkdaşlığını da qeyd etmək olar ki, bu istiqamətdə də BDU istər yerli, istər xarici özəl şirkətlər ilə tələbələr üçün təcrübə-tədqiqat mühitinin yaradılması ilə bağlı geniş imkanlar yaradır”.

            Elm və tədris fəaliyyəti ilə yanaşı tələbələrin sosial həyatının daha səmərəli keçirilməsi üçün Universitet tərəfindən görülən işlərdən söz açan BDU-nun rektoru tələbə təşkilatlarının fəaliyyətindən danışıb: “Hazırda Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, “YENİ Klub”, “İƏT Modeli klubu” kimi tələbələrin sosial fəaliyyətlərinin ən yaxşı şəkildə təmin edilməsi üçün çalışan təşkilatlarımız bir-biriləri ilə həmrəy olaraq fəaliyyət göstərir. Bununla yanaşı Universitetimizdə fəaliyyət göstərən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi gənc tədqiqatçıları bir araya toplayaraq beynəlxalq müsabiqə və yarışlarda yalnız BDU-nun deyil, ölkəmizin adını zirvələrə yüksəldir”.

            Bu il bakalavriat səviyyəsində 76 ixtisas üzrə qəbulun aparılacağını deyən rektor Elçin Babayev abituriyentlərə uğurlar arzulayıb, onları böyük BDU ailəsinin üzvü olmağa çağırıb.

            Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı, Tədrisin idarə olunması sektorunun müdiri Vüsal İsmayılov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Keyfiyyət təminatı Mərkəzinin Monitorinq, təhlil və akkreditasiya şöbəsinin mütəxəssisi Jalə Hüseynova abituriyent və valideynlərin suallarını cavablandırıb.

            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            BDU rektoru abituriyentlərlə görüşüb
            SOSİAL

            Son XƏBƏRLƏR

            28.07.2026 | 16:48

            BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib

            28.07.2026 | 16:39

            XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

            28.07.2026 | 15:51

            BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

            27.07.2026 | 14:14

            BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

            27.07.2026 | 10:17

            BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025