BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

            XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

            ELM 12 İyun 2024 16:41

            XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib

            İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib. IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında keçirilən imtahanda 25 şagird iştirak edib. Qeyd edək ki, BDU-nun mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri təşkil olunub. Seçmə imtahandakı suallar bu dərslərdə tədris olunan mövzular əsasında tərtib edilib.

            Ənənəvi olaraq hər il təşkil olunan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası artıq mötəbər elm olimpiadaları arasına daxildir. Nəzəriyyə, məlumatların analizi, teleskoplardan istifadə etmə və s. kimi raundlardan ibarət olan olimpiadanın qalibləri medal və fəxri adlarla təltif olunurlar. Qeyd edək ki, Azərbaycan məktəbliləri 3 ildir ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edirlər. Şagirdlərimiz 3 dəfə fəxri ada layiq görülüblər. Bu il 17-27 avqust tarixlərində Braziliyada keçiriləcək olimpiadada 60-a yaxın ölkədən 250-dən çox məktəblinin iştirakı gözlənilir. Ölkəmizi təmsil  edən komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutacaq.

            Ölkəmizin XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğurlu iştirakı üçün komanda seçmə imtahanında uğur qazanmış şagirdlərə olimpiadaya hazırlıq dərslərinin təşkil olunması davam edəcək. Şagirdlərimiz nəzəri dərslərlə yanaşı, teleskopdan istifadə bacarıqlarının inkişaf etdirilməsi və gecə göyünün öyrənilməsini nəzərdə tutan dərslərə də cəlb olunacaqlar. Qeyd edək ki, XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025