Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Rektor Elçin Babayev Bakı Dövlət Universitetinin türkdilli ölkələrin ali təhsil müəssisələri, o cümlədən Qırğız Milli Universiteti ilə əməkdaşlığı daha da genişləndirməsinə, birgə tədqiqatlara, müəllim-tələbə mübadiləsinə ehtiyac duyulduğunu qeyd edib. O bildirib ki, 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır.
Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər açacağını vurğulayıb, birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə edib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.