Professor Araz Əliquliyev BDU-da “Şəxsiyyət pozuntuları: tarix, təsnifat, epidemiologiya və klinika” mövzusunda mühazirə deyib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə ustad dərsi keçirilib.
Ustad dərsində “Medera” klinikasının baş həkimi, psixiatr, tibb elmləri doktoru, professor Araz Əliquliyev “Şəxsiyyət pozuntuları: tarix, təsnifat, epidemiologiya və klinika” mövzusunda mühazirə deyib.
Professor çıxışı zamanı şəxsiyyət pozuntularının formalaşma tarixi, müxtəlif dövrlərdə bu anlayışa yanaşma tərzləri və müasir psixiatriya ilə klinik psixologiyada istifadə olunan təsnifat sistemləri barədə ətraflı məlumat verib. O, həmçinin şəxsiyyət pozuntularının əsas diaqnostik meyarları, klinik xüsusiyyətləri, yayılma göstəriciləri və epidemioloji aspektləri haqqında danışıb.
Çıxış zamanı bu pozuntuların insanın sosial münasibətlərinə, davranışına və psixoloji vəziyyətinə təsiri izah olunub, sahə üzrə aparılan müasir tədqiqatlar, diaqnostika və müalicə metodları barədə məlumat verilib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.