Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Beynəlxalq Maliyyə, Texnologiya və Elm Məktəbi (ISFT İnstitutu) arasında mövcud əməkdaşlıq çərçivəsində ISFT İnstitutunun bir qrup tələbəsi 2026/2027-ci tədris ilinin payız semestrində BDU-da təhsil alacaq.
Tələbələr BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müvafiq ixtisaslar üzrə tədris prosesində iştirak edəcəklər.
Tələbələrin BDU-da təhsil alması iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişafına və tələbə mübadiləsinin genişləndirilməsinə xidmət etməklə yanaşı, Universitetin beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə töhfə verəcək.