BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub

            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub

            15 Aprel 2022 15:26

            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub

            Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Bakı Dövlət Universitetində (BDU) qonaq olub.

            Səfir əvvəlcə BDU-nun rektoru Elçin Babayevlə görüşüb. Rektor səfirə Azərbaycanın ən böyük universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Bildirib ki, Universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Son zamanlar BDU-da elektronlaşma, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində geniş işlər görülür.

            Görüşdə Koreya universitetləri ilə ikili diplom, elmi əməkdaşlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, BDU-da Koreya hökuməti tərəfindən yaradılan strukturların fəaliyyətinin daha da genişləndirilməsi, bu ilin oktyabr ayında Universitetdə “Koreya günləri”nin keçirilməsi barədə razılıq əldə olunub.

            Sonra səfir Heydər Əliyev lektoriyasında Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin müəllim-tələbə heyəti üçün “Koreya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi: mübadilə vəziyyəti, əlaqələrin perspektivləri və gələcəkdə qarşıda duran məsələlər” mövzusunda mühazirə oxuyub.

            Səfir qeyd edib ki, Azərbaycanla Koreya arasında 1992-ci ilin martın 23-də qurulan diplomatik əlaqələr son illər müxtəlif sahələr üzrə yüksələn xətlə inkişaf edir. Azərbaycanın son illər sürətli inkişaf edərək Cənubi Qafqazın ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayan səfir bildirib ki, gələcəkdə Azərbaycan-Koreya iqtisadi əlaqələri daha da inkişaf edəcək.

            Səfir iki ölkə arasında əlaqələrin daha da güclənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını və Koreya dilini, koreyaşünaslığı tədris edən BDU ilə əməkdaşlığın çox faydalı olacağına inandığını qeyd edib.

            Səfir Li İn-Yonq daha sonra Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi ilə tanış olub.

            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub
            Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq BDU-da qonaq olub

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025