BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Gürcüstanın təhsil, elm və gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            Gürcüstanın təhsil, elm və gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            BEYNƏLMİLƏLLƏŞMƏ 25 Yanvar 2024 18:08

            Gürcüstanın təhsil, elm və gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

            Rektor Elçin Babayev bildirib ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığa sübutdur: “Bu səfər Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, təhsil və elm sahələrində əməkdaşlıq, akademik mübadilə və birgə tədqiqat təşəbbüsləri üçün yeni imkanlar açacaq. Biz birlikdə tələbələrimiz üçün daha parlaq gələcək qura və ölkələrimizdə elm və təhsilin inkişafına töhfə verə bilərik”.

            Rektor Elçin Babayev BDU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olduğunu bildirib: “BDU məmnuniyyətlə Gürcüstanın nüfuzlu elm və ali təhsil müəssisələri ilə dinamik əməkdaşlığa hazırdır. Bu tərəfdaşlıq qarşılıqlı müəllim, tələbə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, müxtəlif istiqamətlər üzrə ikili diplom proqramlarının imzalanmasını əhatə edə bilər”.

            Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, Gürcüstan-Azərbaycan əlaqələrinin son 30 ildə sürətlə və yüksək səviyyədə inkişaf etdiyini deyib. Nazir qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması xalqlarımızın inkişafına öz töhfəsini verəcək. Nazir BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib.

            Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi vacib məsələdir. Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi istiqamətində müzakirələr aparılıb. O qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrinin flaqmanı olan BDU bu prosesdə önəmli rol oynaya bilər. BDU-da gürcü dili, regionşünaslıq və qafqazşünaslıq ixtisasları tədris olunur.

            Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfərin önəmini yüksək qiymətləndirib və Azərbaycanla siyasi, iqtisadi sahədə olduğu kimi, humanitar, mədəni əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyini deyib.

            Daha sonra Gürcüstanın təhsil, elm və gənclər nazirinin I müavini Aleksandr Tsuladze, Tbilisi Dövlət Universitetinin rektoru Cava Samuşia, Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidze, Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandr Tevzadze, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Bakı Dövlət Universitetinin Gürcüstanın ali təhsil və digər müvafiq müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə təkliflərini səsləndiriblər.

            Sonda nazir Giorgi Amilaxvari BDU-da gürcü dili ixtisası üzrə təhsil alan tələbələrin suallarını cavablandırıb.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025