BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş

            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş

            10 İyun 2022 15:11

            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsi çərçivəsində görüş keçirilib.

            BDU 2019-cu ilin yanvar ayından Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Respublikasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsində tərəfdaş universitet kimi iştirak etməyə başlayıb.

            Sözügedən layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində  “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması ilə yanaşı, tədris laboratoriyasının təşkil edilməsi, bu sahədə kadr hazırlığıdır. Eyni zamanda Avropa universitetlərinin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərin müəllim və tələbələri üçün İsveç, Böyük Britaniya, Estoniya və Portuqaliyada intensiv təlimlər, Azərbaycan və Rusiyada yay məktəbləri, partnyor universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkili nəzərdə tutulur.

            Görüşdə layihənin rəhbəri, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, layihənin icrasına cəlb olunan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Aytəkin Əfəndiyeva, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Pərvin Əlizadə çıxış edərək bildiriblər ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlıq, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yararlanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir. O cümlədən məruzəçilər təhsil proqramının 120 kreditdən ibarət olması, təhsil müddəti ərzində magistrantlara 21 fənnin tədris olunması və həmin fənlərin tədrisinə yüksək ixtisaslı kadrların cəlb olunması haqqında məlumat veriblər.

            Görüşün sonunda “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşmasının birinci kurs magistrantı Məhəmməd Əhmədov yaradılmış müasir təhsil şəraitindən məmnunluğunu bildirib və tələbələrin bu ixtisaslaşma üzrə təhsillərini davam etmələrini tövsiyə edib. Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş.

            Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsi çərçivəsində görüş keçirilib.

            BDU 2019-cu ilin yanvar ayından Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linköping Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, Estoniyanın Tallin Universiteti və Portuqaliyanın Tomar Universiteti, həmçinin Rusiya Federasiyasının Həştərxan Universiteti, Voronej Universiteti, Cənubi Federal Universiteti, Azərbaycan Respublikasının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti tərəfindən birgə icra olunan “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” Erasmus+ KA2 layihəsində tərəfdaş universitet kimi iştirak etməyə başlayıb.

            Sözügedən layihənin məqsədi tərəfdaş universitetlərdə magistratura səviyyəsində  “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” adlı yeni ixtisaslaşmanın açılması ilə yanaşı, tədris laboratoriyasının təşkil edilməsi, bu sahədə kadr hazırlığıdır. Eyni zamanda Avropa universitetlərinin təcrübəsindən faydalanmaq məqsədilə tərəfdaş ali məktəblərin müəllim və tələbələri üçün İsveç, Böyük Britaniya, Estoniya və Portuqaliyada intensiv təlimlər, Azərbaycan və Rusiyada yay məktəbləri, partnyor universitetlərin müəllim heyəti ilə mübadilə proqramlarının təşkili nəzərdə tutulur.

            Görüşdə layihənin rəhbəri, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, layihənin icrasına cəlb olunan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Aytəkin Əfəndiyeva, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Pərvin Əlizadə çıxış edərək bildiriblər ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daim diqqət mərkəzindədir. Bu baxımdan beynəlxalq əməkdaşlıq, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yararlanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında prioritet məsələdir. O cümlədən məruzəçilər təhsil proqramının 120 kreditdən ibarət olması, təhsil müddəti ərzində magistrantlara 21 fənnin tədris olunması və həmin fənlərin tədrisinə yüksək ixtisaslı kadrların cəlb olunması haqqında məlumat veriblər.

            Görüşün sonunda “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” ixtisaslaşmasının birinci kurs magistrantı Məhəmməd Əhmədov yaradılmış müasir təhsil şəraitindən məmnunluğunu bildirib və tələbələrin bu ixtisaslaşma üzrə təhsillərini davam etmələrini tövsiyə edib.

            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş
            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş
            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş
            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş
            Erasmus+ KA2 layihəsi çərçivəsində BDU tələbələri ilə görüş

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025