BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan” - BDU elmi seminar

            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan” - BDU elmi seminar

            ELM 17 Mart 2025 11:16

            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan”  - BDU elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu geniş təqdimatla çıxış edib.
            Məruzəçi bildirib ki, “elmin yeni rakursu” anlayışı iki məna ifadə edir. Birincisi, burada istifadə edilən mənbələrin çoxu Azərbaycan dilinə xarici dillərdən süni intellekt vasitəsilə tərcümə olunub və XXI əsrin möcüzəsi olan bu texnoloji yenilik hazırda həm alimlərimiz, həm də yeni yetişən nəsil qarşısında sərhədsiz imkanlar açır. İkincisi, indiyədək filologiya elmində kök atmış bəzi stereotiplər ədəbiyyata və ümumən tarixə fərqli baxış bucaqlarından baxmağa ciddi maneçilik törədir. Bunlardan biri də Avropada və dünyada şair, nasir, dramaturq, publisist, tərcüməçi, teatr xadimi, şərqşünas və slavyanşünas alim kimi tanınan professor Fridrix fon Bodenştedtin Azərbaycanda yüz ilə yaxındır formalaşmış “oğru” imicidir.

            Məti Osmanoğlu Fridrix fon Bodenştedtin 1848-ci ildə Almaniyada nəşr etdirdiyi 600 səhifəlik “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi” kitabının Azərbaycan tarixşünaslığı və mədəniyyətşünaslığı baxımından əhəmiyyətini vurğulayıb. Əsər XIX əsrdə Qafqazda cərəyan edən hadisələrin içində Azərbaycanın yerini müəyyənləşdirmək baxımından son dərəcə ciddi mənbədir. Fridrix fon Bodenştedtin həm “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi”, həm də 1850-ci ildə nəşr etdirdiyi “Şərqdə min bir gün” kitablarında Rusiyanın işğalçılıq siyasətinə məruz qalan Azərbaycan xalqının tarixi, mənşəyi, siyasi və mədəni proseslərdəki rolu, adət-ənənələri, folkloru barədə kifayət qədər maraqlı faktlar var. Bunlar tədqiq olunmalı, tarix, ədəbiyyat və mədəniyyətşünaslıq fənlərinin tədrisi zamanı nəzərə alınmalıdır.
            Məti Osmanoğlu Fridrix fon Bodenştedtin bədii yaradıcılığında Azərbaycan obrazı məsələsinə toxunaraq, irihəcmli “Ləzgi qızı Ada” (1853) epik poemasının Azərbaycana həsr olunmuş ayrı-ayrı fəsillərindən nümunələr göstərib. Onun sözlərinə görə, müəllifin həm bu, həm də Şərq mövzusunda yazdığı digər əsərlərinin Azərbaycan ədəbiyyatı ilə müqayisəli təhlili müasir filologiya elmi baxımından böyük aktuallıq daşımaqdadır.

            Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan”  - BDU elmi seminar
            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan”  - BDU elmi seminar
            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan”  - BDU elmi seminar
            “Elmin yeni rakursunda dost və düşmən stereotipi: F.Bodenştedt və Azərbaycan”  - BDU elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025