BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da

            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da

            BEYNƏLMİLƏLLƏŞMƏ 4 Sentyabr 2024 14:24

            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da

            Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

            Qonaqları salamlayan rektor Elçin Babayev hər iki ölkənin dövlət başçılarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Çin arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin olduğunu qeyd edib. Çin və Azərbaycan qədim və müdrik Şərqin bir hissəsidir. Hər iki ölkə qədim iqtisadiyyat və mədəniyyət yolu olan Böyük İpək Yolunun üzərində yerləşir. BDU Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Ötən il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin imzalanmasında əsas məqsəd Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, Anhui Universiteti və BDU-nun əməkdaşlığını daha da gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı üzrə üstünlüklərindən tam şəkildə yararlanmaq üçün BDU-da yerli Çin dili müəllimləri proqramını dəstəkləməkdir. Bundan əlavə, BDU Çinin Pekin Xarici Dillər Universiteti, Hefei Texnologiya Universiteti, Tongji Universiteti, Tianshui Normal Universiteti və s. universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayıb. BDU-nun nəzdində Konfutsi İnstitutu Azərbaycanda Çin dilinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır.

            Rektor Elçin Babayev bu əlaqələri daha da inkişaf etdirmək üçün Çinin elm və təhsil müəssisələri ilə müxtəlif istiqamətlərdə birgə ortaq layihələr həyata keçirməyi təklif edib.

            Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqi isə qeyd edib ki, BDU beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisəsidir. Ona görə də o, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin bu ölkənin ali məktəbləri ilə BDU arasında körpü yaratmaqda maraqlı olduğunu deyib, Mərkəzin həyata keçirdiyi layihələr barədə məlumat verib.  Yu Tianqi dünyanın 150-dən artıq ölkəsində 500-dək Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini bildirib. O, BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin dilinin və mədəniyyətinin təbliğində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

            Daha sonra nümayəndə heyəti BDU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyəti və kollektivi ilə tanış olub.

            Görüşdə Konfutsi İnstitutunda Çin dilini öyrənən və “Beynəlxalq Çin dili təhsili” ixtisası üzrə ikili diplom proqramına əsasən Anhui Universitetində təhsil alacaq tələbələrin çıxışları dinlənilib.

            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025