BDU və İsrailin Gordon Akademik Təhsil Kolleci arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Gordon Akademik Təhsil Kolleci arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Gordon Akademik Təhsil Kollecinin prezidenti Ilana Levenberg imzalayıb.
Memorandumda hǝr iki təhsil müəssisəsində təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 1953-cü ildə qoyulmuş Gordon Akademik Təhsil Kolleci İsrailin nüfuzlu təhsil müəssisələrindən biridir.