BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Çinin Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş

            BDU və Çinin Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş

            BEYNƏLMİLƏLLƏŞMƏ 18 Yanvar 2024 17:14

            BDU və Çinin Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş

             

            Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının (ÇXR) Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU nəzdində Konfutsi İnstitutunun çinli direktoru Vanq Haoqianq, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dekan müavini Kəmalə Nəcəfova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı, dekan müavini Kənan Vəkilov, Renmin Universitetinin Biznes Məktəbinin MBA Proqram Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktoru Zhang Ying, Tarix məktəbinin Arxeologiya və muzeyşünaslıq kafedrasının dosenti Chen Xiolu, Beynəlxalq mübadilə bürosunun direktor müavini Lin Yuan və əməkdaşı Lu Venqin iştirak ediblər.

            BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov görüşün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa daha da təkan verəcəyini bildirib. BDU-nun beynəlxalq əlaqələri, dünyanın qabaqcıl  ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları haqqında məlumat verən Rauf Həsənov Renmin Universiteti ilə əməkdaşlığın perspektivlərindən danışıb.

            Tarix fakültəsinin dekanı İbrahim Zeynalov rəhbərlik etdiyi fakültə haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, fakültə fəaliyyət göstərdiyi 105 il ərzində çətin və şərəfli inkişaf yolu keçib. BDU-nun və fakültənin dünya şöhrətli məzunu isə Ümummilli Lider Heydər Əliyevdir. Sonra İbrahim Zeynalov Arxeologiya və etnoqrafiya kafedrasının apardığı elmi-tədqiqat işləri barəsində məlumat verib.

            Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı fakültədə ABŞ, İsveçrə və Qazaxıstanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarından bəhs edib. Fakültədə 7 kafedra tərəfindən iqtisadi və siyasi elmlər olmaqla ali təhsilin bütün pillələri üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini deyib. Dekan müavini Kənan Vəkilov fakültədə bakalavriat, magistratura və doktorantura səviyyələrində 4000-ə qədər tələbənin 35 ixtisas və ixtisaslaşma üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil aldığını deyib, həyata keçirilən elmi-tədqiqat işləri barəsində Renmin Universitetinin nümayəndələrini məlumatlandırıb.

            Renmin Universitetinin nümayəndələri BDU ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu əlaqələrin Çin və Azərbaycan arasında mövcud münasibətlərin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər. Sonra Renmin Universitetinin beynəlxalq əlaqələri, elmi-tədqiqat fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar.

            Görüşdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin biznesin təşkili və idarəedilməsi (MBA proqramı) ixtisaslaşması üzrə Renmin Universiteti ilə birgə ikili diplom proqramının həyata keçirilməsi, həmçinin Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrası ilə birgə elmi-tədqiqat işlərinin aparılması, bu istiqamətdə ikili diplom proqramı layihəsinin yaradılması haqqında müzakirələr aparılıb.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025