BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “BDU qocaman müəllimlərin gözü ilə”: Tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevlə görüş

            “BDU qocaman müəllimlərin gözü ilə”: Tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevlə görüş

            SOSİAL 10 May 2024 09:26

            “BDU qocaman müəllimlərin gözü ilə”: Tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevlə görüş

            Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU qocaman müəllimlərin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev tələbələrə ustad dərsi keçib.

            Görüşün moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva layihənin məqsədindən danışıb. Bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycanda ictimai fikrin formalaşmasında müsbət rol oynayıb, sağlam fikirli və müstəqil düşüncəli gənclərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərib.

            Daha sonra Azad Rzayev əyani arxiv materialları əsasında BDU-nun təsis edilməsi, parlamentdə ali məktəbin yaradılması ilə bağlı aparılan gərgin mübarizədən, Universitetin inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir. Azad Rzayev BDU-nun müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu, bu müqəddəs təhsil ocağının vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində yarandığını deyib. Respublikada fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən Azad Rzayev qeyd edib ki, Bakı Dövlət Universiteti  yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalı yetişdirib. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlayıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində BDU inkişafının növbəti mərhələsinə qədəm qoyub. Ulu Öndər məzunu olduğu Bakı Dövlət Universitetinə daim xüsusi qayğı göstərib. Bu gün həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. BDU son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi ölkədə və xaricdə qeyd olunub.

            Görüş iştirakçıların böyük marağına səbəb olub.

            “BDU qocaman müəllimlərin gözü ilə”: Tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevlə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025