BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb

            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb

            BEYNƏLMİLƏLLƏŞMƏ 5 Avqust 2024 14:53

            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb

            Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş, Xəzər Universitetinin koordinatoru olduğu Avropa İttifaqının "Erasmus + KA2" proqramı çərçivəsində maliyyələşdirilən “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihənin Gəncə Dövlət Universitetində 5 gün davam edən yay məktəbi başa çatıb.

            Yay məktəbində layihənin tərəfdaşı olan Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Jyväskylä Universiteti (Finlandiya), L'Aquila Universiteti (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutunun (Türkiyə) nümayəndələri iştirak ediblər.

            Açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və Xəzər Universitetinin rektoru İradə Xəlilova çıxış edərək, DIRNA layihəsinin əhəmiyyətindən və yay məktəbindəki təlimin elektron arxiv şəbəkəsinin yaradılmasındakı rolundan bəhs ediblər.

            Təlimin ilk günündə Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana müdiri Gültekin Gürdal təqdimatla çıxış edib, universitet kitabxanasının təhsilin və tədqiqatın inkişafında rolundan, İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafından və Türkiyənin bu sahə üzrə təcrübəsindən danışıb. Daha sonra İtaliyanın L'Aquila Universitetinin kitabxana direktoru Qrazia Di Bartolomeo “Kitabxana sistemləri və onların açıq girişdə rolu: transformativ müqavilələr”,  təlimə onlayn qoşulan Anna Tozzi “Açıq giriş və açıq elm: prinsipləri və əhəmiyyəti”,  Françesko Tarquini isə “Açıq giriş və açıq elm nəşrləri” mövzusunda təqdimatla çıxış ediblər.

            Yay məktəbinin ikinci günündə Finlandiyanın Jyväskylä Universitetinin İnformasiya texnologiyaları fakültəsinin elmi işçisi Kati Klements məsuliyyətli tədqiqat və innovasiya, tədqiqatçılar üçün etibarlı nəşriyyatçılar, tədqiqatda verilənlərin idarə edilməsi, açıq nəşriyyat etikası, müəllif hüquqları və hüquqi məsələlər haqqında təqdimatlar edib.

            Üçüncü gün İzmir Yüksək Texnologiya İnstitutunun digər nümayəndələri repozitariyanın proqram təminatının seçimi, institusional repozitoriyaların texniki tələbləri və spesifikasiyaları, Dspace proqramına məlumatların daxil edilməsi kimi mövzular haqqında danışıb.

            Təlimin dördüncü və beşinci günləri tərəfdaş Avropa universitetlərində tətbiq edilən proqram təminatlarının demo versiyaları üzərində təcrübi, interaktiv təlimlər keçirilib. Təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.

            Qonaqlar yay məktəbinin proqramına uyğun olaraq Göygöl Milli Parkını, Nizami Gəncəvi məqbərəsi və muzeyini, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini və “İmamzadə” dini kompleksini ziyarət ediblər.

            BDU-nu yay məktəbində rektorun Rəqəmsallaşma və informasiya üzrə müşaviri Şəbnəm Səfərova, Elmi Kitabxananın direktoru, layihənin BDU üzrə rəhbəri Nigar İsmayılova, kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova və universitetin daha 3 əməkdaşı təmsil ediblər.

            Layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb
            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb
            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb
            BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025