BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında

            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında

            27 İyul 2022 16:51

            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında

            Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq uğurla davam edir.

            2020/2021-ci tədris ilindən başlayaraq BDU-da SABAH magistratura proqramları çərçivəsində “Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Məqsəd təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün dərin biliklərə malik olan, öz peşə fəaliyyətlərində praktik problemləri formalaşdıran və effektiv həll edə bilən yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Əmək bazarının və beynəlxalq təcrübənin müasir tələblərinə cavab verən yeni məzmunun yaradılması və tətbiqi, tədrisin yüksək səviyyədə təşkili məqsədi ilə ixtisaslaşma üzrə təhsil proqramı Holon Texnologiya İnstitutunun müasir dövrün tələblərinə cavab verən proqramı əsasında hazırlanıb.

            BDU-nun həmin proqram üzrə təhsil alan 5 magistrantı 17-24 iyul tarixlərində Holon Texnologiya Universitetində yay təcrübə proqramında iştirak ediblər. BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Holon Texnologiya İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunmuş səfərdə tələbələr kompüter elmləri ilə yanaşı, bir sıra sahələrlə bağlı biliklər əldə ediblər.

            Səfər çərçivəsində Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov tələbələr ilə görüş keçirərək institutun əsas fəaliyyət sahələri və burada təhsilin üstünlükləri barədə söhbət açıb. Tələbələr üçün institutun binasında gəzinti təşkil olunub, strukturu və burada həyata keçirilən layihələr haqqında məlumat verilib.

            Təcrübə proqramı ərzində tələbələrə müxtəlif kurslarda kompüter elmləri, robot texnologiyaları və alqoritmlər sahəsində yeni innovasiyalar haqqında mövzular tədris olunub. Yay məktəbi çərçivəsində tələbələr İsrailin innovativ texnologiyaların tətbiq olunduğu texnologiya parkları ilə tanış olublar. Yüksək texnologiyalar və IT sahəsindən olan sənaye nümayəndələri ilə tələbələrin görüşləri keçirilib.

            Yay təcrübə proqramında uğurla iştirak edən tələbələr Holon Texnologiya İnstitutu tərəfindən sertifikatla təltif olunublar.

            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında
            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında
            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında
            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında
            BDU-nun tələbələri İsrailin Holon Texnologiya İnstitutunda yay təcrübə proqramında

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025