BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

            SOSİAL 14 May 2026 15:48

            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

            Bakı Dövlət Universitetində (BDU) Ədliyyə Nazirliyinin təşəbbüsü ilə tələbə və məzunlar üçün “Ədliyyə orqanlarında karyera imkanları” mövzusunda infosessiya keçirilib. Tədbirin əsas məqsədi gəncləri ədliyyə orqanlarında mövcud karyera perspektivləri, işə qəbul prosedurları, peşəkar inkişaf imkanları və könüllülük proqramları barədə ətraflı məlumatlandırmaq, onların dövlət qulluğuna marağını artırmaq olub.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, BDU-da həyata keçirilən bu kimi təşəbbüslər tələbə və məzunların əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, onların rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. O vurğulayıb ki, tələbələrin dövlət qurumlarının fəaliyyəti, işə qəbul prosedurları, praktiki fəaliyyət mexanizmləri və karyera imkanları ilə yaxından tanış olması onların peşəkar inkişafına müsbət təsir göstərir. Əliş Ağamirzəyev BDU-nun Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə imzaladığı əməkdaşlıq müqaviləsinin və Fəaliyyət Planının uğurla icra olunduğunu bildirib, BDU tələbələrinin Xidmətin fəaliyyət sahələri üzrə effektiv könüllülük fəaliyyəti göstərdiklərini diqqətə çatdırıb.

            Daha sonra çıxış edən Probasiya Xidmətinin rəisi Vüqar Ağayev probasiya sisteminin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, müasir dövrdə probasiya xidmətinin əsas məqsədi yalnız nəzarət funksiyasını həyata keçirmək deyil, şəxslərin sosial adaptasiyasına dəstək olmaq, onların cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Vüqar Ağayev çıxışı zamanı sosial işçilərin və psixoloqların probasiya prosesində mühüm rol oynadığını xüsusi vurğulayıb.

            İnsan Resursları İdarəsinin rəisi Cahangir Hacıyev çıxışında Ədliyyə Nazirliyində insan kapitalının inkişafına xüsusi önəm verildiyini bildirib. O, tələbə və məzunlara dövlət qulluğunda karyera imkanları, işə qəbul prosedurları, peşəkar inkişaf mərhələləri və əmək fəaliyyətində tələb olunan bacarıqlar barədə ətraflı məlumat verib.

            İcra Xidmətinin rəis müavini Yaqub Qurbanov çıxışında mövcud qanunvericilikdəki dəyişikliklər barədə məlumat verib. O bildirib ki, məhkəmə qərarlarının icrası hüquq sisteminin mühüm tərkib hissəsidir və bu istiqamətdə son illərdə mühüm islahatlar həyata keçirilib. Əgər əvvəllər icra məmurları vəzifəsinə yalnız Hüquq fakültəsinin məzunları qəbul edilirdisə, hazırda istənilən fakültənin məzunu bu vəzifəyə qəbul edilə bilər. Həmçinin son dövlərdə rəqəmsallaşma və avtomatlaşdırma prosesləri icra mexanizmlərinin daha çevik və şəffaf həyata keçirilməsinə də şərait yaradır.

            “Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı tələbə və məzunlara könüllülük proqramları barədə geniş təqdimat edib. O bildirib ki, könüllülük fəaliyyəti gənclərin peşəkar inkişafında mühüm rol oynayır. Könüllülük proqramları iştirakçılara real iş mühiti ilə yaxından tanış olmaq, mentor dəstəyindən yararlanmaq, fərdi inkişaf planları hazırlamaq və müxtəlif layihələrdə iştirak etmək imkanları yaradır.

            Tədbirin sonunda tələbə və məzunları maraqlandıran suallar cavablandırılıb, onlarla geniş fikir mübadiləsi aparılıb.

            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb
            SOSİAL

            Son XƏBƏRLƏR

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            22.05.2026 | 16:35

            İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

            22.05.2026 | 14:26

            BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

            22.05.2026 | 14:09

            BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025