BDU-nun Psixoloji yardım sektoru "Valideyn-övlad münasibətləri" adlı təlim keçirib

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru Tələbə Gənclər Təşkilatı (TGT) ilə birgə Kimya fakültəsində “Valideyn-övlad münasibətləri” adlı təlim keçirib.
Sektorun psixoloqu İlkanə Mənsumova tələbələrə valideynlərlə münasibətlərdə yaranan çətinliklərin aradan qaldırılmasına kömək edən məlumatlar verib. Təlimdə valideyn-övlad ünsiyyəti, münasibətlərdə yaranan çətinliklər və onların aradan qaldırılma yolları müzakirə olunub. Eyni zamanda ətrafa, cəmiyyətə qarşı münasibətdə valideynlərin rolu təhlil edilib.
Valideynlərlə ünsiyyətin şəxsin xarakterinin formalaşmasına təsiri haqqında geniş müzakirə aparılıb.