BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”

            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”

            SOSİAL 8 Oktyabr 2024 16:18

            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024/2025-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024/2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlardan 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

            Yüksək etimada layiq görülən tələbələrimiz öz təəssüratlarını bölüşüblər:

            Hüquq fakültəsinin I kurs tələbəsi Sevil Gülməliyeva:

            BDU-nun Hüquq fakültəsinin ingilis bölməsinə 684,1 balla qəbul olmuşam. Məhz bu yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrdən biriyəm. Prezident təqaüdü tələbələrə daha çox oxumaq və peşəkar kadr olmaq üçün stimul verir. Hər ixtisas qrupu üzrə seçilmiş 25 nəfərin arasında olmaq isə qürurvericidir. Zəhmətimin qarşılığını ala bildiyim üçün çox sevindim. Prezident təqaüdü mənim üçün daha böyük məsuliyyət yaradır və təhsil yolumda yeni zirvələrə çatmaq üçün ilham verir. Hədəflərim arasında yalnız şəxsi karyera qurmaq deyil, eyni zamanda ölkəmizə əhəmiyyətli töhfələr vermək dayanır. Bu, mənimlə yanaşı, valideynlərim və müəllimlərimin də uğurudur. Çalışacağam ki, ali təhsil müddəti boyunca Prezident təqaüdünü qoruyub saxlayım. Qəbul imtahanına hazırlaşan abituriyentlərə demək istərdim ki, nə olursa olsun, heç vaxt xəyal və arzularından əl çəkməsinlər. Uğurun formulu çox sadədir: zəhmət, inam və səbr.

            Hüquq fakültəsinin I kurs tələbəsi Aysel Səlimova:

            Prezident təqaüdünə layiq görüldüyüm üçün böyük sevinc hissi keçirirəm. Bu uğur yalnız mənim üçün deyil, hər zaman dəstək olan valideynlərim və müəllimlərim üçün  qürur mənbəyidir. Onlara dərin təşəkkürümü bildirirəm. Onların inamı və dəstəyi olmasaydı, bu nailiyyətə çatmaq mümkün olmazdı. Bu mükafat mənə dərslərimə daha diqqətlə və həvəslə yanaşmağıma ilham verəcək. Hər gün daha çox çalışaraq, bu təqaüdün dəyərini sübut etməyə çalışacağam. Prezident təqaüdü gələcək uğurlarım üçün böyük motivasiya olacaq. Mükəmməl hüquqşünas olmaq və ölkəmə xidmət etmək arzusundayam. BDU-nun Prezident təqaüdünə layiq görülmüş digər tələbələrini də təbrik edir, uğurlarımızın davamlı olmasını arzulayıram.

            Hüquq fakültəsinin I kurs tələbəsi Semral Bababəyli:

            Mənim devizim hər zaman "məqsədin uğrunda mübarizə aparmalısan" olub. Bu amal uğrunda DİM-in keçirdiyi buraxılış və blok imtahanlarında 683,2 bal toplayaraq, BDU-nun Hüquq fakültəsinə daxil olmuşam. Prezident təqaüdünə layiq görülmək tələbələrin öz zəhmətlərinin qarşılığını ala bilmələri baxımından çox önəmlidir. Bu, tələbələrə maddi cəhətdən də böyük dəstəkdir. Lakin Prezident təqaüdünün mənəvi anlamı daha çoxdur. Dövlət başçımızın, ailəmin və müəllimlərimin göstərdiyi dəstəyi unutmaram. Ölkəmizin ən nüfuzlu universitetinin ən nüfuzlu fakültəsində təhsil alan Prezident təqaüdçüsü olduğum üçün çox xoşbəxtəm. Məqsədim Vətənimizə layiqli hüquqşünas olmaqdır.

            Hüquq fakültəsinin I kurs tələbəsi Nurlan Hüseynov:

            Prezident təqaüdünə layiq görülmək mənim üçün çox qürurvericidir. Bu, həyatımda dərin iz buraxan bir dönüş nöqtəsidir. Çəkdiyim əziyyətlərin qiymətləndirilməsi gələcək hədəflərimə çatmaq üçün əzmkarlığımı artırır. Bu təqaüd akademik fəaliyyətimlə yanaşı, şəxsi inkişafıma da kömək edəcək. Valideynlərim və müəllimlərimin göstərdiyi dəstək, inam olmasaydı, bu uğuru qazanmaq mümkün olmazdı. Gələcəkdə daha böyük layihələrə qatılmaq, yeni tədqiqatlar aparmaq və öz sahəmdə mütəxəssis kimi tanınmaq ən böyük arzularımdan biridir.

            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”
            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”
            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”
            BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır”
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025