BDU-nun magistrantları məktəbəqədər yaşlı uşaqlarla diaqnostik işlər aparıblar
TƏDRİS
24 Fevral 2026 16:32

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Klinik psixologiya” magistratura ixtisaslaşması üzrə təhsil alan tələbələri peşəkar bacarıqların inkişafı məqsədilə “Yaşıl ada” uşaq bağçasında praktiki məşğələ keçiriblər. Psixologiya kafedrasının professoru Elnarə Səfiyeva və müəllim Emiliya İgidovanın rəhbərliyi ilə təşkil olunan məşğələ çərçivəsində məktəbəqədər yaşlı uşaqlarla diaqnostik işlər aparılıb.
Təlimin əsas məqsədi gələcəyin klinik psixoloqlarına normal inkişaf səviyyəsinə malik uşaqlarla iş metodlarını öyrətmək və bu inkişafın klinik meyarlarını real mühitdə nümayiş etdirmək olub. Magistrantlar uşaqların koqnitiv inkişaf səviyyəsini, emosional vəziyyətlərini və davranış xüsusiyyətlərini müasir klinik-psixoloji metodlarla təhlil etmək imkanı əldə ediblər.
Xüsusilə vurğulanıb ki, peşəkar klinik psixoloq patoloji halları düzgün müəyyən etmək üçün ilk növbədə normal inkişafın qanunauyğunluqlarını, uşaqların yaş dövrlərinə görə sosial adaptasiya və ünsiyyət bacarıqlarını dərindən mənimsəməlidir.
Qeyd edilib ki, bu cür praktiki məşğələlər magistrantların auditoriyalarda əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq, diaqnostik alətlərdən sərbəst istifadə etmələrinə, peşəkar klinisist kimi formalaşmalarına mühüm töhfə verir.
Yekunda aparılan müşahidələr elmi rəhbərlər tərəfindən müzakirə olunub, erkən müdaxilənin əhəmiyyəti və uşaq psixologiyasının incəlikləri barədə magistrantlara tövsiyələr verilib.
Son XƏBƏRLƏR
23.09.2026 | 15:54
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib
23.09.2026 | 15:48
BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir
23.09.2026 | 15:45
“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23.09.2026 | 14:30
BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23.09.2026 | 09:41