BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

            SOSİAL 24 Dekabr 2024 18:28

            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində şair, tənqidçi, publisist, professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev görkəmli alim və pedaqoq Famil Mehdinin araşdırmalarının öz aktuallığını bu gün də qoruduğunu deyib: “Ölkəmizdə mətbuat janrlarını ilk dəfə sistemləşdirən və araşdıran, onu öz kitablarında və elmi məqalələrində təqdim edən Famil Mehdi olub. Onun “Mətbuat janrları” və “Bədii publisistika” kitabları bu qəbildən qiymətli nümunələr sayıla bilər. Bununla bərabər, publisistikada bədiilik nəzəriyyəsinin əsası da məhz Famil Mehdi tərəfindən qoyulub. Onun şair olmasını nəzərə alsaq, bu, çox təbii haldır. Famil Mehdi alim olmaqla yanaşı, həm də çox güclü vətənpərvər idi”.

            Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova unudulmaz professorun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ağdam pedaqoji məktəbində təhsil alıb. Sonra BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə “Bakı” axşam qəzetində ədəbi işçi kimi başlayıb. Sonra Jurnalistika fakültəsində müəllim, baş müəllim olub, 1973-cü ildən isə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olub. Ali məktəb tələbələri üçün “Jurnalistika məsələləri” adlı dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri də onun qələminin məhsuludur.

            Daha sonra çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov, kafedranın dosenti Zaur Babayev, fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, əməkdaşı Xalidə Cavadova və Famil Mehdinin oğlu Şamil Mehdi professorla bağlı xatirələrindən söz açıb, onun nəcib və gözəl insani keyfiyyətlərə sahib olduğunu deyiblər.

            Sonra fakültənin I kurs tələbəsi Xədicə Əlizadə və məzunu Əsgər İsmayılov tərəfindən Famil Mehdinin poeziyasından parçalar səsləndirilib.

            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            BDU-nun Jurnalistika fakültəsində professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025