BDU-nun III-IV kurs tələbələrinin nəzərinə!

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və yerli ali təhsil müəssisələri ilə birgə icra olunan IV kurs tələbələri üçün Müdafiə Sənayesi Yönümlü İstehsalat Təcrübəsi Proqramı, həmçinin III kurs tələbələri üçün Müdafiə Sənayesi Yönümlü Tədris Proqramına Bakı Dövlət Universiteti də qoşuldu.
Proqramın əsas məqsədi ölkənin müdafiə sənayesinin mövcud və perspektiv ehtiyaclarına cavab verən, real istehsalat mühitində praktiki bilik və bacarıqlara malik milli mühəndis kadr ehtiyatının formalaşdırılmasıdır.
İstehsalat təcrübəsi müddətində iştirakçılar:
- Müdafiə sənayesi müəssisələrinin real istehsalat proseslərində iştirak edir;
- Texnoloji və mühəndislik prosesləri üzrə praktiki biliklər qazanır;
- Real layihələr üzərində işləyir;
- Komanda işi və layihə idarəetmə bacarıqlarını inkişaf etdirir.
Qeydiyyatın bitmə tarixi: 20.02.2026
🔗 lV kurs tələbələrinin istehsalat təcrübəsi proqramına müraciət etməsi üçün qeydiyyat linki: https://forms.office.com/r/2cY95AuaqR
🔗 lll kurs tələbələrinin tədris proqramına müraciət etməsi üçün qeydiyyat linki: https://forms.office.com/r/73FNidt6tT