BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub

            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub

            SOSİAL 18 Oktyabr 2024 16:39

            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş “Hidrometeorologiyanın müasir nailiyyətləri və inkişaf istiqamətləri”  mövzusunda elmi-praktik konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə təsərrüfatın müxtəlif sahələrində hidrometeoroloji müşahidə nəticələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, hazırda iqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf metodlarının işlənib hazırlanması, hidrometeoroloji tədqiqatların informasiya təminatı, hidrometeorologiyanın fundamental və tətbiqi problemləri, Xəzər dənizinin səviyyəsi və çirklənməsi məsələləri, eləcə də su ehtiyatlarının inteqrasiyalı idarə olunması qarşıda duran mühüm vəzifələrdəndir.  Son onilliklər ərzində hidrometeorologiya elmi xeyli inkişaf edib. Bu, hidrometeorologiya sahəsində kadr hazırlığı işində yeni yanaşmalar tələb edir. Konfransda bu kimi problemlərin yerli və xarici ölkə mütəxəssisləri ilə birgə müzakirəsi və elmi-təcrübi istiqamətlərin müəyyən edilməsi nəzərdə tutulur.  Məqsəd Qocamanov konfransa 80-ə yaxın tezisin təqdim edildiyini, 3 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinləniləcəyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

            Sonra Hidrometeorologiya kafedrasının dünyasını dəyişmiş sonuncu müdiri İmran Abdullayevə həsr olunmuş videoçarx izlənilib və xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

            Plenar iclasda Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi, professor Nazim Hüseynovun məruzələri dinlənilib.

            Konfrans öz işini “İqlim dəyişmələrinə adaptasiya və davamlı inkişaf”, “Geoinformasiya texnologiyalarının hidrometeorologiyada tətbiqi”, “Hidrometeorologiyanın fundamental və tətbiqi problemləri”, “Su ehtiyatlarının inteqrasiyalı idarə olunması” bölmələri ilə davam etdirib.

            Tədbirin sonunda konfransın qətnaməsi qəbul edilib.

            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyi qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025