BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Geologiya fakültəsində “Petrologiya” ixtisaslaşması açılır

            BDU-nun Geologiya fakültəsində “Petrologiya” ixtisaslaşması açılır

            TƏDRİS 8 İyul 2026 11:53

            BDU-nun Geologiya fakültəsində “Petrologiya” ixtisaslaşması açılır

            Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində “Petrologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

            “Petrologiya” geologiya elminin fundamental istiqamətlərindən biri olub, maqmatik, metamorfik və çökmə süxurların tərkibinin, quruluşunun, təsnifatının, yayılma qanunauyğunluqlarının və əmələgəlmə şəraitinin öyrənilməsi ilə məşğul olur. Bu elm Yer qabığında və mantiyada baş verən geoloji proseslərin mahiyyətini araşdırmaqla Yerin geoloji inkişaf tarixinin, geodinamik proseslərin və faydalı qazıntı yataqlarının yaranma şəraitinin izahında mühüm rol oynayır.

            İxtisaslaşmanın əsas məqsədi magistrantlara süxurların əmələgəlmə mexanizmləri, mineral və kimyəvi tərkibi, struktur və tekstur xüsusiyyətləri, geodinamik mühitlə əlaqələri haqqında dərin nəzəri biliklər vermək, müasir analitik üsullardan istifadə etməklə süxurların genezini müəyyən edə bilən və geoloji prosesləri kompleks şəkildə təhlil edən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

            Tədris proqramı iki mərhələdən ibarətdir. Birinci mərhələdə petrologiyanın nəzəri əsasları, maqmatik proseslərin ümumi qanunauyğunluqları, maqmanın yaranma mənbələri və mexanizmləri, maqmatik ərintilərin təkamülü, kristallaşma və kristallaşma diferensiasiyası, həmçinin maqmatik sistemlərdə likvasiya, assimilyasiya, hibridləşmə və uçucu komponentlərin rolu öyrədilir. İkinci mərhələdə isə maqmatik süxurların mineral və kimyəvi xüsusiyyətləri, təsnifatı, geoloji yerləşmə formaları, petrogenetik proseslər, mantiya və Yer qabığında baş verən geodinamik hadisələr, süxurların mənşəyi və təkamülü geniş şəkildə tədris olunur.
            Təhsil müddətində magistrantlar petrogenetik modelləşdirmə, termodinamik hesablamalar, geokimyəvi və izotop məlumatlarının interpretasiyası, laborator analizlər, eksperimental petrologiya üsulları və müasir kompüter proqramlarından istifadə bacarıqlarına yiyələnəcəklər. Tədris prosesi optik mikroskopiya, elektron mikrozond analizləri, rentgen struktur analizləri, kütlə-spektrometriya və digər müasir analitik metodların tətbiqi əsasında təşkil olunacaq.

            İxtisaslaşma üzrə magistrantlara “Elmi tədqiqat metodologiyası”, “Akademik yazı və elmi kommunikasiya”, “Maqmatizm, geodinamika və filizəmələgəlmə”, “Petrologiya”, “Azərbaycanın maqmatizmi”, “Azərbaycanın filiz yataqları”, “Kontinentlərin fəal kənarlarının maqmatizmi”, “Hidrotermal proseslərin filizliliyi”, “Maqmatik süxurların petrologiyası”, “Maqmatik proseslərin geokimyası”, “Metamorfik və metasomatik süxurların petrologiyası”, “Geokimyəvi məlumatların interpretasiyası” və “Metasomatoz və filizəmələgəlmə” fənləri tədris ediləcək.

            İxtisaslaşma üzrə tədris proqramı magistrantların müstəqil elmi tədqiqat aparmaq, geoloji nümunələrin laborator analizini həyata keçirmək, süxurların genezini və geodinamik şəraitini müəyyən etmək bacarıqlarının formalaşdırılmasına yönəlib. Bu hazırlıq gələcək mütəxəssislərə geoloji xəritələşdirmə, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, geokimyəvi tədqiqatlar, elmi-tədqiqat institutları, geoloji xidmət təşkilatları, müasir analitik laboratoriyalar və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərmək imkanı yaradacaq.

            Kursun sonunda magistrantlar istehsalat və pedaqoji təcrübə keçəcək, petrologiya sahəsində yüksəkixtisaslı mütəxəssis kimi məzun olacaqlar.

            TƏDRİS ELM

            Son XƏBƏRLƏR

            09.07.2026 | 16:51

            BDU Elmi Şurasının 2025/2026-cı tədris ilində son iclası

            09.07.2026 | 12:59

            Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

            09.07.2026 | 12:51

            BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

            08.07.2026 | 11:55

            BDU ictimaiyyətlə əlaqələr üzrə kadr hazırlığına başlayır

            07.07.2026 | 14:08

            BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025