BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

            BDU-nun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

            27 Aprel 2021 12:11

            BDU-nun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

            24-25 aprel tarixlərində İstanbul Kültür Universitetinin Türk dili və ədəbiyyatı bölümünün təşkilatcılığı ilə “Klasik Türk Edebiyatında Yerlilik Bilim Şöleni” mövzusunda beynəlxalq simpozium keçirilib. Türkiyə, Macarıstan və Azərbaycandan olan elm adamlarının qatıldığı simpoziumda Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları - dosentlər Lalə Əliyeva, Sevinc Qocayeva və kafedranın doktorantı Aygün Zəkiyeva iştirak edib.

            “Türk halkları edebiyatında ilk öyküler toplusu” (“Türk xalqları ədəbiyyatında ilk hekayələr toplusu”) mövzusunda məruzə edən L.Əliyeva Nizami Gəncəvinin müasiri, Gəncə mədrəsəsinin müəllimi Əbu Bəkr Xosrov əl-Ustadın “Munisnamə” əsərini türk xalqları ədəbiyyatında ilk bədii nəsr nümunəsi kimi  dəyərləndirib, topluda yer alan hekayələrin ideya-mövzu xüsusiyyətləri, obrazlar aləmi haqqında ətraflı məlumat verib, Nizami yaradıcılığı ilə maraqlı paralellər və müqayisələr aparıb.

            “Türk mitolojisi ve folkloru mistik görüşlerin kaynağı gibi” (“Türk mifologiyası və folkloru mistik görüşlərin qaynağı kimi”) adlı məqalə ilə məruzə edən S.Qocayeva klassiklərin əsərlərində mənsub olduqları xalqın inanc və əsatirləri, eləcə də folklor ənənələrinin islam ruhu ilə çulğalaşaraq milli baxışları əks etdirməsini genotip ilə fövqəltipin, mənşə ilə sistemin bütövləşməsinin təzahürü kimi şərh edib. Araşdırmada türksoylu şairlərin fars dilində yazdıqları əsərlərdə mənsub olduqları xalqın mifik görüşlərindən, folklor motivlərindən istifadə edərək mistik baxışları əks etdirməklə milli-mənəvi dəyərlərə sədaqətlərini nümayiş etdirdikləri vurğulanıb.

            “Hüseyin Cavid dramaturjisinde baba ve oğul ilişkileri bağlamında Türk maneviyatı ve ulusal özbilinçin tebliği” (“Hüseyn Cavid dramaturgiyasında ata və oğul münasibətləri müstəvisində türk mənəviyyatı və milli özünüdərkin təbliği”) adlı məruzə ilə çıxış edən A.Zəkiyeva H.Cavidin yaradıcılığı boyu izlədiyi əsas qayələrdən biri olan milli özünüdərkə çağırışa, türk mənəviyyatının gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib, dramaturqun əsərlərində “atalar-oğullar” kontekstində “özgələşmə”, yenilik və köhnəliyin mübarizəsi, milli-mənəvi dəyərlərə, söykökə bağlılıq və s. məsələlərə münasibət bildirib.

            İki gün davam edən beynəlxalq simpoziumun son iclasında - “Dəyərləndirmə bölümündə” çıxış edən S.Qocayeva klassiklərin hansı dildə yazmalarından asılı olmayaraq milli təfəkkürü əks etdirdiklərini diqqətə çatdırıb, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Orta əsrlər ədəbiyyatında millilik mövzusunda dinlənilən elmi məruzələrin türk klassik irsinin daha dərindən və əhatəli öyrənilməsinə dəyərli töhfələr verdiyini qeyd edərək simpoziumun təşkilatçılarına minnətdarlığını bildirib.

            BDU-nun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

            Son XƏBƏRLƏR

            08.01.2026 | 14:29

            Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

            07.01.2026 | 15:11

            BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

            07.01.2026 | 11:30

            BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

            06.01.2026 | 11:38

            BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            05.01.2026 | 13:20

            BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025