BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”

            BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”

            BEYNƏLMİLƏLLƏŞMƏ 12 Sentyabr 2025 13:22

            BDU-nun əcnəbi tələbəsi: “Azərbaycan mənim ikinci Vətənimdir”

            Jean-Lucien Fouf-Kagna Grebaye Bakı Dövlət Universitetinin (BDU) Mərkəzi Afrika Respublikasından olan əcnəbi tələbəsidir. O, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin bakalavriat pilləsində təhsil alır, II kurs tələbəsidir. Jean-Lucien Azərbaycanda təhsil həyatı və gələcək planları ilə bağlı fikirlərini bizimlə bölüşüb.

            - Azərbaycanda təhsil almaq qərarına necə gəldiniz? 

            Misirin Qahirə şəhərində təhsil alarkən Azərbaycanda oxuyan bir tələbə ilə tanış oldum. Onun vasitəsilə BDU və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı barədə məlumat əldə etdim. Daha sonra Azərbaycanın Misirdəki səfirliyinə müraciət edib sənədlərimi təqdim etdim. Azərbaycanda təhsilin üstünlüklərindən biri də əlavə dil hazırlığına ehtiyac olmamasıdır – tələbələr birbaşa dərslərə qoşula bilirlər.

            - Nə üçün məhz BDU-nu seçdiniz? 

            BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İnformasiya texnologiyaları”  ixtisası üzrə təhsil alıram. BDU-da oxumağı proqramın çevikliyi və çoxdilli təhsil imkanlarına görə seçdim. Burada Azərbaycan, rus, ingilis dillərində təhsil almaq mümkündür. BDU regionda ilk ali təhsil ocağıdır və beynəlxalq reytinqdə ön sıradadır. Digər tərəfdən, Bakı xarici tələbələr üçün çox əlverişli şəhərdir. Burada özümü ölkəmdəki kimi rahat hiss edirəm.  

            - Bu fakültədə təhsil almağın üstünlükləri nələrdir? Burada hansı bacarıq və bilikləri əldə etdiniz?

            Biz güclü riyazi hazırlığı müasir kompüter elmləri ilə birləşdiririk. Beləliklə, yalnız nəzəriyyəni öyrənmirik, həm də onu praktikada necə tətbiq etməyi öyrənirik. Tədris proqramı sənayenin tələblərinə uyğun qurulub və gələcəkdə süni intellekt, kibertəhlükəsizlik və məlumat elmi kimi sahələr üzrə ixtisaslaşmaq imkanı yaradır. Birinci kursdan etibarən proqramlaşdırma üzrə möhkəm təməl qurmuşam. Müəllimlərimizin sayəsində kibertəhlükəsizlik sahəsində praktiki təcrübə də qazanmışam. Texniki bacarıqlardan əlavə, fakültə bizə ingilis dilində ünsiyyət bacarığını inkişaf etdirməyə kömək edir ki, bu da istənilən texnologiya sahəsində karyera üçün vacibdir. Biz həmçinin tənqidi düşünməyə, yaradıcı şəkildə problem həll etməyə və innovativ yanaşmalar ortaya qoymağa təşviq olunuruq – bu da bizi gələcəkdə liderlik vəzifələrinə hazırlaşdırır.

            - BDU-nun “Tələbə evi”ndə qalırsız. Yataqxana həyatından razısız?

            BDU-nun yataqxanası təhlükəsiz və səliqəlidir. İşçilər bizimlə ailə üzvü kimi maraqlanır, gündəlik vəziyyətimizi yoxlayır, gəliş-gedişimizi izləyirlər. Bu, həm valideynlər, həm də tələbələr üçün böyük rahatlıq yaradır.

            - Azərbaycanın mədəniyyəti və yeməkləri ilə bağlı təəssüratlarınız necədir?

            Azərbaycan çox təmiz və təhlükəsiz ölkədir. İnsanlar mehriban və qonaqpərvərdir.  Yeməkləriniz də çox dadlıdır. Mənim ən sevdiyim yemək “üç bacı” dolmasıdır, çox dadlıdır.

            - Gələcək planlarınız nələrdir?

            - Artıq öz ölkəmdə Rəqəmsal və Kibertəhlükəsizlik üzrə Mərkəzi Afrika Akademiyası adlı bir təşkilat yaratmışam. Gələcəkdə kriptoqrafiya üzrə mütəxəssis kimi ölkəmə fayda vermək istəyirəm. Azərbaycanı da ikinci Vətənim hesab edirəm. Burada fəaliyyətimi davam etdirməyim də mümkündür.

            Hazırladı: Nərminə Əsədova

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025