BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun doktorantı Portuqaliyanın Porto Universitetində elmi tədqiqat aparıb

            BDU-nun doktorantı Portuqaliyanın Porto Universitetində elmi tədqiqat aparıb

            18 Noyabr 2026 14:42

            BDU-nun doktorantı Portuqaliyanın Porto Universitetində elmi tədqiqat aparıb

            Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi və Fizika fakültəsinin Yarımkeçiricilər fizikası ixtisası üzrə doktorantı Zeynəb Addayeva Portuqaliyanın Porto Universitetində elmi tədqiqat və eksperimental işlər həyata keçirib. Zeynəb Addayeva elmi ezamiyyət çərçivəsində FeGaInS₄ laylı yarımkeçirici kristalının maqnit və maqnitotransport xassələrini tədqiq edib.

            Tədqiqat işləri Porto Universitetinin Elmlər fakültəsinin Qabaqcıl Materiallar, Nanotexnologiya və Fotonika Fizikası İnstitutunda (IFIMUP) Sergiy Bunyayevin rəhbərliyi və elmi koordinasiyası ilə həyata keçirilib. Tədqiqatın əsas məqsədi FeGaInS4 kristalının maqnitləşməsinin və elektrik müqavimətinin temperaturdan və maqnit sahəsindən asılılığını öyrənmək, maqnit sahəsinin istiqamətinin kristalın elektrik  xassələrinə təsirini müəyyənləşdirmək və materialın sensor texnologiyalarında potensial tətbiq imkanlarını qiymətləndirmək olub.

            Ezamiyyət müddətində kristalın maqnit xassələri yüksək həssaslıqlı SQUID-VSM (Superconducting Quantum Interference Device – Vibrating Sample Magnetometer) maqnitometrində tədqiq edilib. Bu məqsədlə maqnitləşmənin temperaturdan və maqnit sahəsindən asılılığı üzrə ölçmələr aparılıb. Eyni zamanda, kristalın elektrik müqavimətinin temperatur və maqnit sahəsindən asılılığını araşdırmaq üçün institutun kriostat və elektromaqnit sistemindən ibarət maqnitotransport ölçmə qurğusundan istifadə olunub.

            Elektrik ölçmələri 175–330 K temperatur intervalında maqnit sahəsi olmadan (0 T), eləcə də 1 T maqnit sahəsinin kristalloqrafik c oxuna paralel (\(B\parallel c\)) və perpendikulyar (\(B\perp c\)) istiqamətlərdə tətbiqi şəraitində icra edilib. Hər üç ölçmə konfiqurasiyası üzrə həm soyutma, həm də qızdırma rejimlərində aparılan təcrübələrdə ümumilikdə 7 ölçmə seriyası üzrə 140 mindən çox eksperimental nöqtə qeydə alınıb.

            Əldə olunan göstəricilər adıçəkilən kristalının temperatur sensorlarının hazırlanmasında tətbiq imkanlarının araşdırılması üçün mühüm elmi əsas yaradır. Növbəti mərhələdə tədqiqatların aşağı temperaturlarda və maqnit sahəsinin müxtəlif qiymətlərində davam etdirilməsi, maqnit və elektrik xassələri arasındakı əlaqələrin müqayisəli təhlili, həmçinin maqnit sahəsinə həssas sensor elementlərinin hazırlanması imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

            Bu elmi ezamiyyət BDU ilə Porto Universiteti arasında akademik əməkdaşlığın inkişafına da mühüm töhfə verib. Gələcəkdə iki qurum arasında laylı yarımkeçirici materialların tədqiqi, birgə elmi məqalələrin nəşri və ortaq beynəlxalq layihələrin icrası istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

            BDU-nun doktorantı Portuqaliyanın Porto Universitetində elmi tədqiqat aparıb

            Son XƏBƏRLƏR

            18.11.2026 | 17:13

            BDU-da ustad dərsi: “Azərbaycanın Yaxın Şərq və Afrika ölkələri ilə münasibətləri: inkişaf dinamikası və gələcəyə strateji baxış”

            18.11.2026 | 16:59

            BDU Qazaxıstanda XXV Beynəlxalq “Education & Career” sərgisində təmsil olunur

            18.11.2026 | 14:49

            BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

            18.11.2026 | 14:39

            BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026” layihəsinin növbəti sessiyaları

            18.11.2026 | 14:10

            “SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025