BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş

            BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş

            BEYNƏLMİLƏLLƏŞMƏ 9 Fevral 2024 11:20

            BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev, elmi işçiləri Yevgeniya Zaxarova, Lidiya Jirnova, German Ostapenko və Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova arasında görüş keçirilib.

            Görüşdə çıxış edən Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov fakültənin strukturu, elmi-tədris fəaliyyəti haqqında məlumat verib, BDU-nun Rusiya universitetləri ilə əvvəlki dövrlərdən mövcud olan elmi-pedaqoji əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunub. Qeyd edib ki, BDU xarici ölkə universitetləri ilə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi ilə kadr hazırlığına önəm verir. Bu baxımdan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə siyasi coğrafiya sahəsində mütəxəssis hazırlığı istiqamətində əməkdaşlıq uğurlu nəticələr verə bilər.

            Sonra nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev rəhbərlik etdiyi qurumda Rusiya Xarici İşlər Nazirliyinin tapşırığı əsasında yerinə yetirilən elmi-tədqiqat işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. Hazırda dünyada mövcud olan geosiyasi vəziyyətin daimi təhlil edilməsində və diplomat hazırlığı işində sosial-iqtisadi coğrafiya və siyasi coğrafiyanın əhəmiyyətli olduğunu bildirib.

            BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimov, kafedranın dosenti İradə Əhmədova, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova çıxışlarında Siyasi coğrafiya fənninin tədrisinin önəmini vurğulayıb, birgə əməkdaşlıq istiqamətində təkliflərini səsləndiriblər

            BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş
            BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş
            BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bir qrup əməkdaşı ilə görüş
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025