BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb

            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb

            ELM 25 Mart 2024 14:00

            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb

            2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi  Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib.  Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, geomaqnit qasırğasının loqarifmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub. Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi. İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib.

            Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir.  Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır.

            Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

            Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar.a

            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb
            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb
            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb
            BDU-nun Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025