BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb

            BDU-nun Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb

            ELM 14 Oktyabr 2024 14:36

            BDU-nun Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb.

            Bunlar aşağıdakılardır:

            1. 2027-ci il: Əsrin ikinci ən uzun Günəş tutulması

            Əsrin ikinci ən uzun Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 dörd saniyə davam edəcək. Şimali Afrikadan daha yaxşı müşahidə olunacaq bu tutulma 2114-cü ilə qədər ən uzun tutulma olacaq.

            2. 2029-cu il: Asteroidin uçuşu

            13 aprel 2029-cu ildə “99942 Apofis” asteroidi Yerə yaxınlaşaraq, planetimizdən cəmi 31000 kilometr (19600 mil), Aydan on iki dəfə yaxın məsafəyə çatacaq. Bu asteroid Avropanın, Afrikanın və Asiyanın bir hissəsində təxminən iki milyard insan üçün aydın, qaranlıq səmada adi gözlə görünəcək.

            3. 2031-ci il: “Leonid” meteor fırtınası

            “Leonid” meteor yağışı Yer kürəsi “Tempel-Tuttle” kometinin qoyub getdiyi qalıqlardan keçdikdə baş verir. “Tempel-Tuttle” indiki 33 illik orbitində Yerə yaxınlaşdıqdan sonra planetimiz 17-18 noyabr 2031-ci il tarixlərində kometin təzə izindən keçəcək. “Tempel-Tuttle”nin son izlərində qalan çoxlu miqdarda zibil yüksək sürətlə üstümüzə yağacaq, kosmik cismin parçaları atmosferimizdə yanarkən səmada parlayacaq. Bu hadisə bütün dünyada ulduzları seyr edənlər üçün unudulmaz bir ulduz tamaşası yarada bilər.

            4. 2040-cı il: Planetlərin düzülüşü

            8 sentyabr 2040-cı ildə Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayın nadir düzülüşünü görəcəyik. Bu beş planet 2 günlük Ay ilə Günəş batdıqdan dərhal sonra qərb tərəfdə, 8 dərəcəlik kiçik səma zolağında görünəcək.

            5. 2052-ci il: Əsrin super Ayı

            6 dekabr 2052-ci ildə Ay 356424 kilometr məsafəyə qədər yaxınlaşacaq və nəticədə həmişəkindən 14% daha böyük görünəcək. Buna oxşar hadisələr 26 yanvar 1948, 14 noyabr 2016-cı illərdə baş verib. Növbəti hadisə 25 noyabr 2034-cü ildə baş verəcək. Lakin 6 dekabr 2052-ci ildəki əsrin ən yaxın Super Ayı olacaq.

            6. 2061-ci il: “Halley” kometi

            Günəş ətrafında fırlanan 76 illik qısa orbital periodu ilə “Halley” kometi 29 iyul 2061-ci ildə növbəti uçuşu zamanı planetimizin qaranlıq yerlərindən asanlıqla görünəcək. O, bizim ən məşhur kosmik ziyarətçilərimizdən biridir. Kometin ilk müşahidəsi 2000 il əvvəl aparılıb.

            7. 2065-ci il: Venera Yupiterin qarşısından keçir

            22 noyabr 2065-ci ildə Venera Yupiterin diskini keçərkən və ya tıxayarkən Yerdən görünəcək və bu, Günəş sistemi planetinin 1818-ci ildən bəri ilk görünən tranziti olacaq.

            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025