BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun alimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzində tədqiqat aparacaq

            BDU-nun alimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzində tədqiqat aparacaq

            26 İyul 2022 16:51

            BDU-nun alimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzində tədqiqat aparacaq

            Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan Bakı Dövlət Universitetində (BDU) elmin demək olar ki, bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir, elmi tədqiqatlar aparılır və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində istehsalatla əlaqələr genişləndirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Belə əməkdaşlıqlar çərçivəsində BDU-nun alimləri tədqiqatçı-alim və ya dəvətli tədqiqatçı kimi dünyanın bir sıra nüfuzlu universitet və elm qurumlarına dəvət olunaraq treninqlərdə və təcrübə mübadiləsində fəal iştirak edir, problem mövzular üzrə birgə elmi tədqiqatlar aparırlar.
            BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun müdiri, texnika elmləri doktoru, dosent  Ziya Əliyev dəvətli tədqiqatçı kimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinə (DIPC) dəvət olunub.
            O, 01 avqust - 29 sentyabr tarixlərində yeni nəsil maqnit topoloji izolyator – kvant materiallarının dizaynı və kristal quruluş xüsusiyyətlərini öyrənəcək. Maqnit topoloji izolyatorlar trivial topoloji indeksə malik olan üçölçülü maqnit materiallardır. Qeyri-maqnit topoloji izolyatordan fərqli olaraq, maqnit topoloji izolyatorlar səthində kvantlanma simmetriyası pozulduqda məxsusi yarığa (boşluğa) malik səth hallarına malik ola bilir. Belə maqnit izolyatorlar səthə perpendikulyar istiqamətdə topoloji cəhətdən qorunan yarımkvantlanmış səthi anomal Holl keçiriciliyi nümayiş etdirir.
            Ezamiyyə müddətində yeni sinif maqnit topoloji izolyatorların sintezi və tədqiqi nəzərdə tutulub.  Alınmış monokristal materiallar onların müxtəlif elektron xassələrinin öyrənilməsi məqsədi ilə Almaniya, İtaliya, İsveçrə və Yaponiyanın bir sıra universitet və elmi mərkəzlərinə göndəriləcək.
            Qeyd edək ki, dünyada ilk maqnit topoloji izolyator olan MnBi2Te4 birləşməsi ilk dəfə azərbaycanlı alimlər Nazim Məmmədov, İmaməddin Əmiraslanov, Nadir Abdullayev və Ziya Əliyev tərəfindən alınıb. DIPC-in ümumi koordinatorluğu altında dünyanın bir neçə aparıcı universitetləri ilə birlikdə öyrənilib və alınan nəticələr 2019-cu ildə dünyanın ən nüfuzlu jurnalı olan "Nature" jurnalında dərc edilib. 2020-ci ildə isə layihə müəllifləri Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif ediliblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025