BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

            BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

            SOSİAL 20 Oktyabr 2026 15:39

            BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

            Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin 15 tələbəsi universitet-sənaye tərəfdaşlığı çərçivəsində 7 özəl şirkətin təqaüdünə layiq görülüb.

            Təqaüdlərin təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bu təşəbbüsü elmlə istehsalatın vəhdətinə, gənclərin gələcəyinə göstərilən etimadın mühüm nümunəsi adlandırıb: “Biz bu əməkdaşlığı daha effektiv etmək üçün təcrübələrimizi birləşdiririk. Universitet elmi ideyaları praktiki həllərə çevirən, iqtisadiyyatın inkişafına və cəmiyyətin tərəqqisinə töhfə verən mühüm mərkəzdir. Güclü universitet güclü sənaye deməkdir. Güclü sənaye isə rəqabətqabiliyyətli insan kapitalına ehtiyac duyur. Bu iki istiqamətin bir-birini tamamlaması dayanıqlı inkişafın əsas şərtidir”.

            Azərbaycanın zəngin təbii ehtiyatlara, köklü geologiya məktəbinə və inkişaf edən sənaye infrastrukturuna malik olduğunu xatırladan rektor müasir kadr hazırlığında birgə fəaliyyətin vacibliyini vurğulayıb. O bildirib ki, geologiya sahəsindəki təhsil sənayenin real ehtiyaclarını, sürətlə dəyişən innovativ tədqiqat metodlarını və müasir texnologiyaları mütləq nəzərə almalıdır. Elçin Babayev tələbələrə göstərilən dəstəyə görə tərəfdaş şirkətlərə – “CM Tech” MMC, “Atlas ES” MMC, “AZ Geo” MMC, “A-A” MMC, “AT-Geotech” MMC, “CQA International” LTD və “Azerbaijan International Mining Company”yə Universitet kollektivi adından təşəkkür edib.

            Geologiya fakültəsinin dekanı Mamoy Mansurov təqaüd proqramının ilk mərhələsi kimi bu ilin avqust ayında təşkil olunan “GeoCamp” Tələbə yay düşərgəsi barədə məlumat verib. Dekan şirkətlərin tələbələr üçün yaratdığı geniş praktika imkanlarından söz açaraq, gəncləri bu növ layihələrdə daha aktiv olmağa çağırıb.

            Mərasimdə çıxış edən “AZ Geo” MMC-nin rəhbəri Azər Şükürov, “CM Tech” MMC-nin rəhbəri Nəsir Abdullayev, “AT-Geotech” MMC-nin rəhbəri Nicat Hacıyev, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə və təqaüdçü tələbə, I kurs magistrant Nərmin Əsədullayeva tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Natiqlər sənaye üçün ən böyük investisiyanın məhz təhsilə qoyulan investisiya olduğunu vurğulayaraq tələbələri təbrik ediblər.

            Tədbirin sonunda şirkət rəhbərləri tərəfindən təqaüdə layiq görülən tələbələrə mükafatlar təqdim olunub.

            SOSİAL

            Son XƏBƏRLƏR

            20.10.2026 | 17:04

            BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

            20.10.2026 | 15:55

            BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

            19.10.2026 | 17:05

            BDU-da “CareerPlus” proqramı çərçivəsində Karyera Forumu

            19.10.2026 | 16:55

            BDU-da “Arxeologiya, etnologiya və antropologiyanın aktual məsələləri” mövzusunda Respublika elmi konfransı

            19.10.2026 | 16:04

            BDU-nun müəllim və doktorantları IV Türk Dünyasının Modernləşməsi Simpoziumunda məruzə ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025